İnsan nə vaxt xoşbəxt ola bilər? Yazıçı rəyi

İnsan nə vaxt xoşbəxt ola bilər? <span style="color:red;">Yazıçı rəyi
22 sentyabr 2014
# 08:53

Kulis.az “1984”, “Heyvanıstan” əsərlərinin müəllifi, ingilis yazıçısı Corc Orueldən sitatları təqdim edir.

Bütün heyvanlar bərabərdir. Amma bəziləri digərlərinə nisbətən daha bərabərdir.

Azadlıq - 2 dəfə 2-nin 4 olduğunu demək imkanıdır. Əgər bu qadağan olunmayıbsa, yerdə qalanları düzələcək.

Keçmişlə idarə edən gələcəyi də idarə edər. İndi ilə idarə edən, keçmişi idarə edər.

Xırda qaydalara əməl edirsənsə, böyükləri pozmaq olar.

Gələcəyin necə olacağını bilmək istəyirsinizsə, həmişə insanın üzünü tapdalayan çəkməni təsəvvür edin.

Hakimiyyət vasitə deyil, məqsəddir. Diktaturanı inqilabı qorumaq üçün qurmurlar, inqilabı diktatura qurmaq üçün edirlər. Repressiyaların məqsədi — repressiyalardır. İşgəncənin məqsədi — işgəncədir. Hakimiyyətin hədəfi — hakimiyyətdir.

Kütlənin necə düşünməsinin heç bir əhəmiyyəti yoxdur. Onlara intellektual azadlıq vermək olar, çünki onların intellekti yoxdur.

İstənilən cəmiyyətdə sadə insanlar nizamın əksinə getməlidir.

Ən yaxşı kitablar sizə bildiyiniz şeyləri deyən kitablardı.

Kütlə heç vaxt öz-özünə üsyana qalxmır və heç vaxt əzildiyini başa düşəndə də qalxmır. Hətta kütləyə müqayisə etmək imkanı verməsən, o əzildiyini də başa düşməyəcək.

Mühüm olan yaşamaq deyil. Mühüm olan insan kimi qalmağı bacarmaqdır.

Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, həqiqəti deyə bilmək inqilabçılıqdır.

Əgər sən azlıqdasansa, hətta təksənsə, bu o demək deyil ki, sən ağılsızsan.

İnsanlar bir şərtlə xoşbəxt ola bilərlər ki, xoşbəxtliyi həyatın əsas şərti hesab etməsinlər.

İyerarxik cəmiyyəti yalnız yoxsulluq və avamlıq əsasında mümkündür.

Hər kəs əlli yaşında layiq olduğunu tapacaq.

Millətçilik, insanları həşəratlar kimi siniflərə bölmə, bu siniflərə əsasən kimlərin yaxşı, kimlərin pis olmağına qərar verməkdir. Millətçiliyə görə hansısa bir hərəkətin pis, yaxud yaxşı olmağı onun kimin tərəfindən edildiyi ilə müəyyən edilir. “Biz”im tərəfimizdən edildiyi müddətcə əxlaqi baxımdan pis qarşılanacaq heç bir hərəkət yoxdur.

Partiya bayraqlarının altında olan yazıçı gec ya, tez seçim etməli olur: ya tabe olmaq, ya da susmaq.

Bəlkə də insan sevilməkdən daha çox başa düşülmək istəyirdi.

Müharibə qalib gəlmək məqsədi ilə başladılmır, əksinə müharibənin davamlı olmağı istənilir. Cəmiyyətdəki iyerarxiyanın mövcudluğu ancaq yoxsulluq və cəhalət vasitəsilə təmin edilə bilər. Müharibəyə başlamaqda məqsəd həmişə cəmiyyəti aclıq qorxusu ilə üz-üzə saxlamaqdır. Müharibə dominant qrup tərəfindən öz vətəndaşlarına qarşı aparılır və məqsəd cəmiyyət mövcud quruluşunu möhkəm saxlamaqdır.

# 5529 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

"Müharibə ilə təkbətək qalmaq lazımdır..." - Lui-Ferdinand Selinin «Gecənin sonuna səfər» romanından bir hissə

10:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər