Bölgələrdə “Yaradıcılıq fakültələri” açılacaq

Bölgələrdə “Yaradıcılıq fakültələri” açılacaq
18 sentyabr 2014
# 12:52

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda mətbuat konfransı keçirilib. Kulis.Azın məlumatına görə fondun icraçı direktoru Oktay Səmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkə başçısının 2014-cü il 7 may tarixli fərmanı ilə yarandığını bildirib.

O, fondun məqsədinin elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırmaq olduğunu deyib: “Vətəndaşlarımızın müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsi, şəxsiyyət kimi inkişafının təmin olunması üçün tədbirlərin həyata keçirilməsi, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək verilməsi Bilik Fondunun vəzifələrinə daxildir.”

İcraçı direktor fondun bu yaxınlarda həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsindən və sentybarın 15-də yetmişə qədər məktəbdə keçirilmiş mühazirələrdən bəhs edərək deyib ki, müxtəlif bölgələrdə olan 20 məktəb qardaşlaşdırılıb, onların arasında qardaşlaşma sazişi imzalanıb. Hər rayonda 2 gün davam edən tədbirlər şagirdlərin biliklərinin, dünyagörüşlərinin artırılması, ölkələrini daha yaxından tanımaları üçün böyük fayda verib: “Sentyabrın 15-də isə Fondun ekspert-alimləri, xarici ölkə səfirləri məktəblərdə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə deyiblər. Mühazirələr bütün məktəbləri əhatə edənə qədər davam edəcək. Bununla yanaşı, Bilik Fondu “Auditoriya+”, “Ustad və şəyird”, “Docendo discimus”, “Yaradıcılıq fakültələri”, “Epizod”, “Məscidlərdə kitabxana”, “Azərbaycan elmi xaricdə”, “Dünya elmi Azərbaycanda” və başqa layihələrə də başlayır.

Daha sonra fondun digər əməkdaşları çıxış edərək jurnalistlərin suallarını cavablandırıblar. Fondun aparıcı məsləhətçisi Qismət Rüstəmov fondun keçirəcəyi yaradıcı layihələrdən bəhs edib. O, “Yaradıcılıq fakültəsi” çərçivəsində ölkənin 6 regionunda fakültələrin açılacağını deyib: “Hər fakültədə 100-ə yaxın şagird olacaq. Şairlərlə, yazıçılarla, incəsənət müxtəlif sahəsində çalışan tanınmış şəxslərlə görüşlər keçiriləcək. Dulusçuluq, xalçaçılıq və başqa sənət növləri öyrədiləcək. “Ustad və şəyird” layihəsində isə bir istedadlı gənc seçiləcək və bizim seçdiyimiz sənət adamı tərəfindən ona fərdi dərslər keçiriləcək.”

# 2610 dəfə oxunub

Oxşar xəbərlər

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

12:00 9 yanvar 2026
"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski  nə söyləmişdi?

"Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım..." - Nekrasovun dəfnində Dostoyevski nə söyləmişdi?

15:00 8 yanvar 2026
Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? - Alov İnanna

12:01 8 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

Gənc qadın elə dayanacaqdaca öldü… - Hədiyyə Şəfaqət

16:30 6 yanvar 2026
"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər