Müsəlmanın işi

Müsəlmanın işi
18 sentyabr 2014
# 09:32

Bu gün Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Kulis.Az bu münasibətlə dahi sənətkarın “Müsəlmanın işi” felyetonunu təqdim edir.

Camaatımızın cürbәcür xasiyyәtlәri vardır ki, qәzet yazıçıları hәr gün o barәdә dә yazıb, yazıb, genә dә yazırlar. Mәsәlәn, yatmaq, tәnbәllik, dalda qalmaq, xabi-qәflәt, ağlamaq lazım olmayanda ağlamaq, ağlamaq lazım olanda ağlamamaq vә sairә vә sairә.

Bәs, bir xasiyyәtimiz dәxi vardır ki, o barәdә qәzetçilәrimizin hәlә xәbәri yoxdu, amma mәn bu gün bildim. O xasiyyәt-küsmәkdir.

Hәqiqәt, camaatımız çox küsәyәn imiş. Özü dә küsmәyin bu kәlami-mövzun ilә bildirir: "Elә müsәlmanların işi belә olar".

- Balam, bizim qәzetimiz bu gün gәlib çıxmadı.

- Bu saat binagüzarlıq edәrik, sabah gәlәr.

- Sabahdan gәlәr?! Ah, elә müsәlmanın işi belә olar.

* * *

- Balam, bir mәqalә göndәrmişdim ki, mәnim başmaqlarım itibdir, neyçün qәzetәnin bir guşәsindә dәrc elәmәdiniz?

- İdarә mәslәhәt görmәdi.

- Odur ki, deyirәm: elә müsәlmanların işi belә olar.

* * *

- Balam, bu kitabın qiymәti neçәdir?

- Yarım manat.

- Yarım manat?!?! Elә müsәlmanların işi belә olar.

* * *

- Balam, neyçün mәnim oğlumu o biri klasa keçirmәdiniz?

- Sәnin oğlun dәrslәrindәn zәifdir.

- Zәif deyil, ancaq, elә müsәlmanın işi belә olar.

* * *

- Deyirәm, vallah, elә müsәlmanın işi belә olar.

- Nә olub ki?

- Әşi, altı şahı manat pul verib qarpız almışam, qarpız balqabaq kimi dadsız çıxıbdır.

* * *

- Kәrbәlayı Әli, bu beş manata xırda ver.

- Vallah, xırda yoxdur.

- Yoxdur? Balam, elә müsәlmanın işi belә olar.

* * *

- Adә, hambal, bu kisәlәri götür, apar Şamaxı yoluna. Al, bu da bir şahı manat.

- Hacı, kisәlәr ağırdır, bir şahı azdır.

- Bir şahı azdır? Hә, elә müsәlmanın işi belә olar özü dә iranlı ola.

Qәrәz, camaatımız çox küsәyәndir. Bir balaca o yan-bu yan oldu, bir dә görürsәn ki, xatirinә dәydi, küsdü, burnunu salladı.... Özümüz özümüzdәn küsürük. Ayrılar başımıza tәnbәki oyunu açsa da, qapazlasa da, tәpiklәsә dә küsmәrik. Öz müsәlmanımızdan küsәrik.... Balam, elә müsәlmanın işi belә olar.

# 3537 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər