writer1

Ömər Xəyyam

Məqalə sayı

47
clock16:54 calendar-gray 17 Sentyabr 2014 view-gray3671 dəfə oxunub
view-gray3671 dəfə oxunub

Kitabın məhv elədiyi gənclik

Zəmanəniz başınıza dağılsın. Modern olub bunlar, müasirləşirlər. Filosof Haydegger “Dil düşüncənin evidir” deyir. Düşüncələr cılız, sözlər cansız. Adını unutduğum bir gənc filosof yuxuda mənə demişdi ki, şərq təfəkkürü gizlini, sirri, mistikanı, hər zadın dolayısını sevir.

O, gözü ilə yox, qulağı ilə dərk eləyir. Musiqi, şeir birbaşa buna görə şərqdə inkişaf etdi. Qərb isə görməyi sevir. Qərb əşyanı çılpaq görmək istəyir. Şərq təfəkküründə kəşf etmək, qərb təfəkküründə əldə etmək prinsipi var. Bu qədər informasiyanın, sürətin içində insan özü ilə qarşılaşa bilərmi? Özünü tapa bilərmi? Utanıb yerə girər adam özünü görsə bu əndrəbadi zəmanədə. Bəlkə də, mən köhnə fikirliyəm, naftalin beyinliyəm, amma, insan, utanmaq hissinə malik yeganə məməlidir.

Texnologiyanın sürətli inkişafı neçə gənci, ruhları da incimədən öldürür gözüm görə-görə... Kitab oxuyub bədbəxt olur neçə gənc. Sosializm ruhlu kitab oxuyub Çe olan, HOST dinləyib “Hostedka” olanların əksəriyyəti, hətta, 95 faizi 90-cı ildən sonra doğulan nəsildir. Əgər soyunmaq müasirləşməkdirsə, neolit dövründə əncir yarpağına bürünən əcdadlarımız daha müasir deyildilərmi?

Məktəbli tanıyıram, səhər dizdən iki barmaq aşağı donla yola salır anası, bu gözünə döndüyüm də, iki küçə keçən kimi, qaldırır donunu, iki barmaq da dizdən yuxarı. Evdə valideynlərinin, qardaşının yanında bir qız təsəvvür eləyin – makiyaj yox, dağınıq saçlar. Bir də bu qızın rəfiqələri ilə “shoping” etməyi, qlamur “takılmağı” var. Dodaq boyasının qalınlığına dözə bilməyən dodaqlar sallanır, əlavə dırnaqlar, qaynaq saçlar-filan...

İnsan ən yaxşı halda ruhən bir nəfəri çəkə bilər, ruha bir nəfər yerləşir. Adını müasirləşmək qoyub çirkləndirməyin ruhunuzu. Demək olar ki, şəhərdəki bütün bookkafelərdə, yeraltı məkanlarda olmuşam. Özünü seriallardakı, filmlərdəki obrazlara bənzədib, saqqal buraxan oğlanlar, saçını maviyə boyamış qızlar... Qulağından tutub çəkməyə yer də yoxdu, bütün qulaq dəmir-dümürdü. Özünü oxuduğu, eşitdiyi obrazların maskaları altında gizləyən bu körpələrin vətənə, millətə nə xeyri? Ailədə də bir başqadı bunlar.

Siqaret çəkməklə, spirtli içkiylə müasir olmaq? Hələ ziyanlı vərdişlərin sırf bunlara müasir gənc, komplekssiz insan kimi müraciət etsinlər deyə adi, mənasız məşğuliyyətə çevrilməyini demirəm. Kim aldadıb bu gəncləri? Rep, rok janrlı musiqiylə özünüzü heçkimləşdirməyin. Bizim fitrətimizə, bizim ruhumuza o tip musiqilər yaddır. Təsəvvür eləyin ki, Norveçli yüksək səviyyəli bir gənc qızı gətirmisən bizim dağ rayonlarına, əlinə vermisən çomağı, yollamısan qoyuna. Hələ bunun inək sağmağı, tövlə təmizləməyi var. Bu necə də bizim rok dinləyib həzz almağımıza oxşayır. Ruh cırıq-cırıq olur onda. Özünü çırpır bədənin divarlarına.

Yeraltı klublardan, bookkafelərdən çıxandan sonra, ayrılıqda hər kəs özü boyda azərbaycanlıdır axı. Lap deyək ki, siz bəşəri, qlobal düşünürsünüz. Soyunmaqla, əndrəbadi musiqilərlə bəşəriyyətə nə verəcəksiniz? Müharibələrin, ölümlər və daha qlobal problemlərin həllində “sektor” uşağı olmaq nə qədər önəmlidi? Qız tanıyıram ki, “müasir” görünsün deyə, ailəsindən imtina edib, bar köşələrində gecələyir. Yaponiya soyunmaqla Yaponiya olmayıb.

Dünyanı, insanlığı yalnız elm və təhsillə xilas etmək olar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021