Kompüteri olmayan varlılar məktəbi

Kompüteri olmayan varlılar məktəbi
11 sentyabr 2014
# 08:30

Dünyanın ən böyük onlayn alış-veriş şirkətlərindən biri olan “eBay”ın texniki direktoru uşaqlarını kompütersiz məktəbə qoyub. “Google”, “Apple”, “Yahoo”, “Hewlett-Packard” və digər böyük şirkətlərin əməkdaşları da eyni şeyi ediblər. Bu məktəb “Waldorf of the Peninsula” adlanır. O lap köhnə dəbə malikdir – rəngli tabaşirlərlə lövhələr, ensiklopediyalardan ibarət olan kitab rəfləri, taxta partalar, dəftərlər və qələmlər...

Tədris prosesində ənənəvi texnologiyadan tamamilə uzaq üsullardan istifadə olunur: qələmlər, karandaşlar, tikiş iynələri, bəzən hətta gildən. Burda kompüter, monitor yoxdur. Siniflərdə onlardan istifadə qadağandır və evlərdə də uşağın texnologiyaya maraq göstərməsinin qarşısını alırlar.

İkinci sinif şagirdləri ayaq üstə dairə yaradıb müəllimin dediyi misraları təkrarlayırlar. Bu tapşırığın məqsədi — bədəni və beyni sinxronlaşdırmaqdır.

Keçən həftə beşinci sinif şagirdləri taxta millərdə yundan kiçik nümunələr toxuyurdular. Məktəbin rəhbərliyi deyir ki, bu cür metod uşaqlara çətin tapşırıqları yerinə yetirməyə, informasiyanı strukturlaşdırmağa, koordinasiya bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Bütün dünyanın kompüterləşdiyi, kompüterləşmə davası getdiyi bir zamanda, belə bir təşəbbüs hər kəsi təəccübləndirir. Yüksək texnoloji inkişafın episentrində yerləşən bu məktəbin pedaqoqları, valideynlər anlayırlar ki, kompüter və məktəb bir-birinə uyğun gəlmir.

Texnologiyasız təhsil tərəfdarları əmindirlər ki, kompüterlər yaradıcı düşüncəni, çevikliyi, insan münasibətlərini və diqqəti boğur. Valideynlər isə deyir ki, uşaqları texnologiya ilə tanış etmək vaxtı çatanda, onlar bunu özləri edəcək və evdə hər cür şərait yaradacaqlar.

Keçmiş müəllim, Furman Universitetinin professoru, dövlət müəssisələrində tədris metodikalarına dair 12 kitab müəllifi Pol Tomas deyir ki, təhsil prosesində kompüterlərdən mümkün qədər az istifadə olunması məsləhətdir: “Təhsil – hər şeydən əvvəl təcrübədir. Texnologiya isə savaddan, hesablama bacarığından, tənqidi düşüncədən insanı yayındırır”.

Texnologiya tərəfdarları deyir ki, kompüter bilikləri vacibdir, müasir dövrdən geri qalmamaq üçün gərəklidir. Əksini düşünən valideynlər isə deyir ki, bunları öyrənmək asandırsa onda tələsmək nəyə lazımdır?

Silikon vadisinin əməkdaşı cənab İql deyir ki, kompüteri öyrənmək çox asandır “Bu dişləri yumağı öyrənmək qədər asandır. Biz istər “Google”da, istərsə də digər yerlərdə texnologiyanı elə yaradırıq ki, bu çox sadə olsun. Uşaqların böyüyəndə onları öyrənə bilməmək şansı yoxdur”.

Bu məktəbin şagirdi, 11 yaşlı Orad Kamkar danışır ki, bu yaxınlarda əmisi oğlugilə qonaq getmişdilər, orda 5 uşaq var imiş. Uşaqlar başların salıb aşağı telefonda oyun oynayırmışlar. Heç biri başını qaldırıb Kamkara baxmayıb. Uşaq məcbur olub ki, həmyaşıdlarını əli ilə silkələyib “hey uşaqlar, mən burdayam” desin.

# 4439 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər