writer1

Ömər Xəyyam

Məqalə sayı

42
clock11:48 calendar-gray 10 Sentyabr 2014 view-gray5258 dəfə oxunub
view-gray5258 dəfə oxunub

Azərbaycanlı trans və sevgilisi

O, mənə sosial şəbəkələrin birində yazmışdı. Şeirlərimi və ümumilikdə düşüncə tərzimi bəyənirdi.

Öz aramızdı, biz beləyik. Tez profilini açdım və şəkillər bölümünə baxdım. İlahi, məni belə gözəl qız heç vaxt tərifləməmişdi.

- Neçə yaşın var? - soruşdum.

- İyirmi üç - dedi.

Xeyli həyəcanlandım.

- Evlisən?

- Saat səkkizdən sonra evli oluram.

- Çox gözəl gözlərin var, düşüncələrin də fövqəladə. Elə bil mənim qadın cinsimsən…

- Mən qadın deyiləm, şair! – dedi.

Bu şəhərdə nələr görmədik, daha heyrətlənməyə bir zad yox, vallah. Biseksual, gey, trans, lesbian.

Amma bu fərqli idi, bu qədər gözəl "kişi"? Nə uzadım, görüşmək istədim, nömrəsini aldım...

Gözlərinin sehrində itirdim. Siqareti də qadınsayağı çəkirdi. Dodaqları Ancelina Colini xatırladırdı, qabarmış sinə-filan. Poetik qadın səsi vardı.

- Slikon deyil, istəsən, toxun bax, – dedi.

Toxunardım, içimdən belə bir istək gəldi, amma yan stolda qaqaşlar var idi.

- Əsl adım Samirdi.

Dedim, lap əvvəldən danış. Çox maraqlı idi.

Uşaq vaxtı pilləkənlərdən yıxılıb zədələnir. Qəbul etdiyi dərmanlar əks təsir eləyir, qadın hormonları artır. 14-15 yaşlarında oğlanlara qarşı maraq hiss eləyir özündə. Makiyaj, saç uzatmaq və qadın ətirləri... Bu hallarını valideynləri, qardaşları qəbul eləyə bilmir. Hər zaman təhqir, dava-soyüş. Məcbur qalır evdən getməyə, nənəsinin yanına gəlir. Məktəbi əla qiymətlərlə oxuyur. Deyir, məktəbdə bütün oğlanlar mənə baxırdı, lağ eləyirdilər. Ən gözəl qızlar sürünürdü arxamca. Heç kimə etiraf eləyə bilmirdim. Günlərin birində bir "qaqaş" qaçırır bunu. Zorlayır. Sonradan davamlı görüşlər, amma oğlanın qızlara marağı ucbatından ayrılırlar. Bu zorlanmadan sonra o, öz içində əsl bir qadını - Samirəni kəşf eləyir. Bədənini satmağa başlayır, sosial şəbəkələrdə tutduğu "klientlərə"- 1 saatı 60 AZN...

Birdən Samirəyə zəng gəldi. Dedi, aşkımdır. Dedim, gəlsin bura. Bir az sonra bir oğlan gəldi, “Tural” özünü təqdim etdi və oturdu.

- Bu da sevgilimdi. İki ildi bir yerdə yaşayırıq.

Samirə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alır.

- Təhsil haqqını və digər maddi ehtiyacları ödəmək üçün evimdə görüşürəm, ancaq tək Turalı sevirəm.

Tural yerli televizyaların birində operator işləyir, Samirəyə görə ailəsindən imtina edib.

Tural danışır:

- Çox sevirəm onu, bu iki ildə hələ o kimləsə görüşdüyünü hiss elətdirməyib. Saat səkkizdə qayıdıram işdən. O "klientlərini" yola salandan sonra mənim ətirimi boşaldır otağa ki, hiss eləməyim. Heç bir müştəri ilə öpüşmür. İşlərim qaydasına düşsün, daha qoymayacam görüşməyə. Uşağımız da var (gülür).

Sibir Tulası cinsindən it alıblar, uşaqları kimi bəsləyirlər.

- Bir dəfə keçmiş məhəlləmizə getmişdim, gözəllik salonuna. Məhəlləyə çathaçatda hiss elədim arxamca maşın gəlir. Sürətimi artırdıqca o da artırırdı. Yaxınlaşdı, maşından düşmədən söz atırdı, nömrəsini təkrar-təkrar söyləyirdi, maşına oturmağımı təklif eləyirdi. Səs çox tanış gəldi. Dayandım, çevrildim, böyük qardaşım idi.

Samirə güldü və növbəti siqaretini yandırdı...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021