Hülyanı yaxşı zorlayıblar, yoxsa Fatmagülü?

Hülyanı yaxşı zorlayıblar, yoxsa Fatmagülü?
9 sentyabr 2014
# 08:30

Hər gün mətbuatda yüzlərlə qətl, zorlama, işgəncə xəbərlərini oxuyur, onları sosial şəbəkələrdə paylaşıb müzakirə edirik. Bu xəbərlər ən çox oxunan xəbərlər kateqoriyasında yer alır. Minlərlə insan bu xəbərləri oxuyub müzakirə edir. Bəs bu oxumaların, müzakirələrin cəmiyyətdə baş verən kriminal hadisələrə təsiri varmı? Onların sayı azalırmı? Yoxsa bu xəbərlər insanları maarifləndirmək, onları bu pis işlərdən çəkindirmək yerinə onlara bir “adilik” statusu qazandırır? Məşhur türk köşə yazarı, rejissoru Can Dündarın “Məhəbbətə əlvida” kitabından götürülmüş bu yazı da elə bu barədədir.

Fatmagülün suçu: Zorlama bonusu

Googleda “Fatmagül” və “zorlama” yazsanız üç yüz min nəticə əldə edəcəksiz. Ən geniş yayılmış nəticələr bunlardır:

“Fatmagülü necə zorladılar?”

“Hülya, yoxsa Beren daha yaxşı zorlanmışdı?”

“Bereni Müjdədən çox zorladılar”

“Fatmagülün zorlanma səhnəsi Endir, izlə!”

Yüzlərlə sayt “Fatmügülün suçu nə” serilanının həftələrdir maraqla gözlənilən zorlama səhnəsini paylaşır.

Yüz minlərcə göz həyəcanla endirib izləyir. Bu hissəni yəni...

***

“Fatmügülün suçu nə” Vedat Türkalinin əsəri əsasında ekranlaşdırılıb.

Zorlamanın, həm zorlamaya məruz qalan qadının, həm də zorlayan adamın həyatında açdığı yaraları göstərən bir əsərdir.

Amma serialın təqdimatında zorlama səhnəsi o qədər qabardıldı ki, bu kampaniya özü bir yaraya döndü.

Həftələrlə “Bərən harada zorlanacaq?”, “Onu kimlər zorlayacaq?”, “Zorlanacağı qumsalda əvvəlcədən nə hazırlıqla görüldü?”, “Bərən zorlanmağa necə hazırlaşdı?”, “O, yoxsa Hülya daha yaxşı zorlandı?” xəbərləriylə o “böyük an”a hazırlandıq.

Nəhayət həmin gün hamılıqla gözümüzü ekrana dirəyib Fatmagülün zorlanmağını seyr elədik.

Və əsərin məqsədinə tamamən zidd şəkildə bu səhnəni “hamılıqla zorlama tamaşası”na çevirdik.

***

Məşhur bir aktrisasının dörd kişi tərəfindən zorlanması dünyanın hər yerində maraqlı ola bilər.

Amma əgər ən günahsız olanın günahlandırılmağı haqqında olan bu əsər sırf zorlama səhnəsiylə qabardılırsa o zaman əsərin mübarizə apardığı maço zehniyyətinin tələsinə düşmüş olacaq.

Zorlanma xəbərlərində bizim də tez-tez düşdüyümüz tələdir bu:

Bəzən xəbəri yazarkən hadisəni o qədər xırdalığına kimi təqdim edirik ki, nəticədə oxucunu bu işə həvəsləndirən “zorlama gözəlləməsi” ortaya çıxır...

Bəzən qəsdən, bəzən də istəmədən...

***

Çünki kişi dünyasında zorlama qadınlardan fərqli təəssürat yaradır.

Kişilər “Qadınların çoxu zorlanma fantaziyası qurur” yazılarına inanır.

Bir çox porno da bu inancı qüvvətləndirir.

Türk filmlərində zorlayanların dilindən düşməyən “Tərpənmə, sən də zövq alacaqsan” fikri bunun ifadəsidir.

Zorlamaya sövq edən tərəfin elə qadın olduğunu hesab edən maço zehniyyəti “düyə qaş-göz atmasa...” məntiqinə inanır.

Beləcə günah əvvəldən Fatmagülün üstünə atılır.

Bu zehniyyətə hüquq da qoşulur. Zorlamaya məruz qalan qadın fahişədirsə zorlayan tərəf cəzasız qalır. “Təhrik” zorlamaya bəhanə gətirir.

Qadın şikayətçi olmaqdan çəkinir. Zorlayana günahsız qalır. Qurbana “əxlaqsız” damğası vurulur, cəmiyyətdən uzaqlaşdırılır.

***

Daha faciəli həqiqət budur:

Türkiyədə hər üç zorlayandan ikisi qadının tanıdığı adamdır: Ya sevgilisi, ya həyat yoldaşı, ya da atası...

Bizim coşğuyla gözlədiyimiz səhnələri evdə təcavüzçüsü ilə seyr edən Fatmagüllər var bu ölkədə...

“Kişi dalınca Türkiyəyə gəldilər” nağıllarına inanıb turist qadınları zorlayıb öldürən əclaflar var.

Zorlanma səhnəsini allah bilir neçənci dəfə danışmaq məcburiyyəti ilə ekspertiza qapıları önündə növbə gözləyən nə qədər qız uşağı var.

Yazana, oynayana, çəkənə sözüm yoxdur. Amma serial bəhanəsi ilə mediada, internetdə “Namusuna necə toxundular, yaxından baxaq” kampaniyası açaraq zorlamanı reklamı eləmiş olmuruqmu?

Heç olmasa reklam gəlirinin bir hissəsini sülh yürüşü təşkil edərkən Türkiyədə zorlanaraq öldürülən Pippa Baccanın ailəsinə yollasaq, yaxşı olmazmı?

# 4744 dəfə oxunub

Oxşar xəbərlər

Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

Nobel, Dublin, Buker, Pulitzer... - 2025-ci ilin nüfuzlu ədəbiyyat mükafatlarının qalibləri kimlərdir?

15:00 7 dekabr 2025
Ağır daş - Əkrəm Əylislinin hekayəsi

Ağır daş - Əkrəm Əylislinin hekayəsi

12:00 6 dekabr 2025
Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

Naturaçısı ilə evləndi, əsəri başqasına aid edildi... - İmpressionizmin banisi

15:31 5 dekabr 2025
"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

"Onun "Rüstəm bəy"i bəyliyin adına ləkədir..." - Ağasadıq Gəraybəylinin Tofiq Abdinə cavabı nə olmuşdu?

15:00 5 dekabr 2025
Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

Əsəri ilə Parisdə səs-küy yaradan sənətkar - Onu niyə sərgilərə buraxmırdılar?

16:15 3 dekabr 2025
Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

Tablosu ABŞ dollarında əks olunan məşhur portret ustası

15:32 3 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər