Tanınmışlardan müsahibə almaq məşəqqəti

Tanınmışlardan müsahibə almaq məşəqqəti
26 iyul 2017
# 15:45

“Özünə hörmət edən, səviyyəsi, sanbalı olan sənətkarların heç biri mətbuata müsahibə vermək istəmir. Çünki bizə nifrət edirlər. Çünki əksər jurnalistlərin səviyyəsizliyi, savadsızlığı onları iyrəndirib. Təfəkkürü, düşüncəsi qeybətdən o tərəfə keçməyən, iki kitab oxumayan sayt baş redaktorları nə meyar qoydular qalsın, nə səviyyə, nə seçim...”

Həmkarım Cavid Zeynallının Facebook statusunu like etdim. Gərək etməyəydim. Əlbəttə Cavidin dediklərində haqq var. Amma indi bir like-a görə bu yazını yazmalıyam.

Müsahibə mətbuatın ən demokratik janrıdır, reportajda tərəfli olmaq olur, yazıda olur, müsahibədə nə illah etsən, iki tərəf var. Əlbəttə, suallarla qəfil çaşdırmaq da olar, pis vəziyyətdə qoymaq da. Amma nə etsən belə cavab haqqın var.

Burada müsahibənin keyfiyyətinin məsələyə dəxli yoxdur – müsahibə portret də ola bilər, tematik də, qarışıq da, keyfiyyət söhbətin alınıb alınmamasından da asılı ola bilər, suallar da, cavablar da keyfiyyətə təsir edə bilər. Amma yenə də demokratiklik məsələsində müsahibədən yaxşısı yoxdur.

O da düzdür ki, qarşındakının səni anlamaması üzündən söhbət alınmaz. Amma necə olsa, müsahibə danışmaq imkanı yaratmaqdır.

Həmkarlarımdan biri müsahibə etmək istədiyi aktrisanın ondan keyfiyyətli suallar tələb etməsindən təəccübləndiyini dedi. Əlbəttə, indi aşpazdan tarixi, ədəbiyyatçıdan kulinariyanı, dülgərdən orfoqrafiyanı soruşmaq mətbuatın marketinq siyasətinin bir hissəsidir. Çox düşünəndə burada ayıb bir şey də yoxdur. Soruşursan, bilər nə yaxşı, bilməz nə yaxşı. Müsahibədən qabaq mövzunu razılaşdırmısınızsa heç problem yoxdur.

Amma xüsusən sənət adamları “növbətçi” müsahibələrdən narazılıq edirlər. Bədbəxtlikdən ölkənin ciddi və spesifik sənət nəşrləri yoxdur ki məsələn, orada o adama sənətinin dərinliklərindən, peşəkarlığının incəliklərindən danışdırasan. Müsahibələr, yazılar bəlli bir auditoriyaya hesablanır. O da qaranlıqdır ki, o narazılar spesifik nəşrlərə nələr danışacaqlar.

Biz bu günün reallığından danışırıq.

Çox jurnalistin problemidir, müsahibənin normal dialoqa çevrilməsi üçün özünü suallarıyla təqdim-təsdiq etməlidir. Müsahibinin “Sən kimsən ki, səninlə söhbət edim?” təzyiqinə qarşı jurnalist özü çabalayır, bir müstəvidə söhbət etmək üçün, dialoq səviyyəsinə çatmaq üçün mübarizəsini bəzən də söhbətin ən sonunda qazanır. Amma bircə incə məsələ var: sual vermək üçün kimsəmi olmalısan? Predmet özü yetmirmi? Hər kəsin sual haqqı yoxmudur?

Sualı qoy bir kənara, cavab ki, sənin əlindədir. Hər yerə calaya biləcəyin cavab. Təkrarçılıq var? Hətta ən konkret bir suala on müxtəlif cavablar vermək olar.

Əlbəttə, mətbuat marketinq xatirinə səni topun lüləsinə qoyursa, başlıq oyunları ilə heysiyyətini təhqir edirsə, onun dürüstlüyünə, tərəfsizliyinə inanmırsansa boynumuz qıldan incədir. Amma yenə də əsas sual deyil. Sual sadəlövh, cahil, hətta axmaq ola bilər.

Əsas - verdiyin cavab urəyincədir?

# 2435 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #