Nəvəsini, arvadını öldürənlərin siyahısı

Nəvəsini, arvadını öldürənlərin siyahısı
15 dekabr 2014
# 11:28

Həmişəki axşam yeməyindən sonra anamın: “Narahat olmayın, uşağın səhər tezdən durmağının qorxusu yoxdur. Siz işə gedəndə dalınızca ağlasa da sakitləşdirəcəm. Artıq öyrəşib mənə” deməyinə bacımın zarafatla verdiyi cavab (Sənin kimi deyən nənələri çox görmüşük, sonra da nəvəsini boğur) ətimi ürpərtdi.

Bun nədir, ilahi? Yəni faciənin kraterindəmi dayanmışıq?

Bu artıq hamımızın potensial qatil olmağımız deməkdirmi?

Kimin sabah hansı amansızlıqla qətl törədəcəyini bilmək olmaz mənasına gəlirmi?

Bir zaman ancaq filmlərdə killerlərin törətdiyi amansız qətlləri artıq hər birimiz rahatlıqla törədə bilərikmi?

Artıq bu qətlləri törədənlərin bizdən fərqli, travmatik, xəstə, nəyisə çatışmayan biri olmaması, bizim kimi normal olduqları anlamınamı gəlir?

Altı aylıq nəvəsini öldürən nənə dünən bizim avtobusa yer verdiyimiz qadınlardan biri deyildimi?

Altı ay əvvəl evləndiyi xanımını öldürən cavan oğlan iki gün əvvəl küçədə ayağımızı tapdalayıb sonra üzr istəyərək gülümsəyən oğlan deyildimi?

Bəs nə oldu bizə?

Ətrafımızda daha nə qədər potensial qatil var?

Onları necə tanıyaq?

Bəlkə özümüz də potensial qatilik?

Xəbərimiz yoxdur?

İş zarafat həddinə gəlibsə...

Tıxacda maşını qaydasında sürməyib bizi ləngidən qabaq maşının sürücüsünü döymək keçirsə ürəyimizdən...

Yaşıl işıqda yolu keçən piyadanı maşından enib əzişdirmək istəyiriksə...

Avtobusu bərk sürən sürücünü “manterovkalamaq” istəyiriksə...

Metroda basabasa salıb bizi itələyən cavan oğlanı yumruqlamaq istəyiriksə...

Facebookda statusumuza artıq-əskik şərh yazan adamı tapıb payını vermək istəyiriksə...

...

Demək biz də qatil deyilmiyik?

Sabah da bizdən hansısa amansızlığı gözləmək olmazmı?

İki kitablıq “Anna Karenina” əsərinin lap əvvəllərində baş qəhrəman özünü qatarın altına atmış yaşlı kişini görür. Bu epizodik hadisə əsərdə heç bir süjetin inkişafında yardımçı olmur. Az qala oxucu da bu hadisəni unudub gedir. Bir də ikinci kitabın sonunda Anna o kişini xatırlayıb özünü qatarın altına atır. Əsərin əvvəlində Annanın alt şüuruna yerləşən hadisə sonradan onun başına gəlir, özünü üzə vurur.

Tolstoy demək istəyir ki, heç nə itmir, hər bir hadisə altşüurumuzda özünə bir hücrə qazanır, zamanı gələndə üzə çıxmağı gözləyir.

Hər gün KİV-lərdə gördüyümüz, nəvəsini boğan nənə, altı aylıq arvadını güllələyən cavan oğlan, yetmiş yaşlı arvadını baltayla parçalayan baba qatilləri beynimizin harasına yazılır görəsən?

Allah eləməmiş, bunlar əgər bir gün üzə vurarsa...?

Hamımız amansız qatilik.

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #