Çadrasız qadını söymək olarmı?

Çadrasız qadını söymək olarmı?
3 iyul 2017
# 11:53

Şərif Ağayarın Şəhriyar Del Gerani ilə kafedə yaşadıqları barədə status yazması çoxlarının hiddətinə səbəb oldu. Çox güman ki, Şərif Ağayar bu hədyanlara dözmədiyindən sonradan mövzunu genişləndirib bir yazı da yazdı – Çadralı qadına söyüş.

Şərif yazıda belə sual verir:

“Bu adamlar nəyə etiraz edirlər? Qadının çadrasına, dəlinin söyüşünə, Şəhriyarın nəcib hərəkətinə, mənim bunu yazmağıma, ya nəyə? ”

Həqiqətən bu adamlar nəyə etiraz edirlər?

Fikrimi bölüşməmişdən qabaq istəyirəm bir məsələni qeyd edim. Bir neçə ilə əvvəl türk yazıçı Tuna Kirəmitçi “Seriallarda niyə türbanlı qadınlar oynamır?” adlı yazı yazmışdı. O yazıdan sonra məsələ türk mətbuatında gündəmə gəlmiş, Türkiyənin məşhur köşə yazarlarından biri Ertoğrul Özkök də bu məsələdə qələmini tərpətmişdi. Özkökün həmin yazısı mənim də qafamda bəzi suallar yaratmışdı.

Köşə yazarı “İllər boyu türban bizə necə təqdim olundu? İnancın, dürüstlüyün, əxlaqın timsalı kimi. Oysa hər kəsin çox yaxşı bildiyi bir sirr vardı: Başa türban keçiriləndə insanın xarakterindəki “insani şeylər” də dəyişilmir” – deyəndən sonra oxucuya bəzi suallar ünvanlamışdı ki, həmin suallar məni də çaşdırmışdı:

“Seriallarda təcavüzə uğramış türbanlı qadın görməyə hazırsızmı?

Seriallarda ərini aldadan türbanlı qadın seyr etməyə hazırsızmı?

Seriallarda sevdiyi adamla öpüşən türbanlı qadın seyr etməyə hazırsızmı?

Seriallarda cinayət törədən, oğurluq edən, dostuna kələk gələn, gəlinini arxadan bıçaqlayan türbanlı qadın seyr etməyə hazırsızmı?”

Özkökün illər əvvəl verdiyi sual bizim cəmiyyətdə indi də aktualdır. Ya zəlzələdən, ya vəlvələdən düşüncəmizdə çadralı, baş örtülü qadın hər zaman paklıq, iffət timsalı sayılıb. Gündəlik həyatımızda bu klişeləri hardasa qırmışıq, ancaq bu şeylər altşüurumuzda özünə möhkəm yer edib deyə hələ də ondan yaxa qurtara bilmirik.

Çox da uzağa getməyək, guya bizim seriallarda da sevgilisi ilə öpüşən hicablı qadın, ərinə xəyanət edən hicablı qadın göstərilərmi? Yox. Çünki, dediyim kimi, düşüncəmizdə hicablı qadınlar “Müqəddəs Məryəm”ə taydır: Hicab geyinməyən, çadraya bürünməyən qadının əxlaqsızı ola bilər, ancaq hicab geyənin yox.

Mən bilmirəm, psixi pozğunluğu olan həmin adam küçədə söyüş söydüyü zaman ordan çadralı qadından əvvəl adi geyimli (tutalım dizdən yuxarı yubkada, çiyni açıq köynəkdə) bir qadın keçibmi? Və həmən qadın keçən zaman Şəhriyar nə edib? Və ya çadralı qadının yerinə adi geyimli qadın keçsəydi Şəhriyar yenə eyni hərəkəti edərdimi?

Əlbəttə, burda mühakimə olunan Şəhriyar deyil, onun əxlaqının dürüstlüyünə, düşüncəsinin xoşməramlılığına da şübhəm yoxdur.

Sadəcə...

O əhvalatdakı qadın çadrasız olsaydı indi şərh yazıb özünü “həlak” edənlər onda həmən statusa heç layk da qoymazdılar.

Statusa etiraz edənləri hiddətləndirən məhz “çadra” məsələsi, müəllifin şüuraltı olaraq çadralı qadınların iffətli olmasına işarə vurması səbəb olub. Yəni ki, ancaq çadralının söyüş eşitməsinin qarşısı alınmalı. Çünki onlar iffətlidirlər...

Bu düşüncə isə özümüzdən asılı olmadan altşüurumuza qazılıb.

Və məsələyə məncə bu nöqtədən baxmalı, bəlkə o zaman təfəkkürümüzü “çadra”lardan azad edə bilək. Özü də təkcə bu məsələdə yox, bütün məsələlərdə.

# 1873 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #