Seyid vəsiqəsini hardan almaq olar?

Seyid vəsiqəsini hardan almaq olar?
12 iyun 2017
# 12:57

Mirmehdi Ağaoğlu

Hamınızın xəbəri var. Qafqaz Müsəlmanları İdarəsinin qazisi Lənkəranda bir adama vəsiqə verib ki, sən həqiqi seyidsən.

Sizin üçün bu xəbər gülməli görünə bilər. Ancaq bir seyid üçün, yəni mənim üçün heç də gülməli deyil. Düşünürəm ki...

Əgər seyidlərə belə bir vəsiqə verilirsə, niyə məndə o vəsiqədən olmasın?

Axı mənim o seyiddən nəyim əskikdir?

Siz, gülün, gülün... Amma bu dünyada vəsiqəsiz iş aşmır. Qabaq yenə seyid olduğunu deyirdin, bir az da ulu babanın möcüzələrindən-zaddan danışırdın, inanmasalar belə səndən çəkinirdilər. O dəqiqə nəzirin cibindəydi.

İndi elə deyil, günü-gündən ateistlərin sayı artır.

Özü də indiki allahsızlar o qədər elmlidirlər ki, heç nəylə qorxutmaq olmur. Möcüzəyə-filana da inanmırlar. Belə adamlarla gərək sənəd-sünədlə danışasan.

Zarafat bir qırağa.

Ancaq orta əsrlərdə seyidliyi təsdiq edən sənəd verilirmiş. Osmanlı sarayında Nakibül-Əşrəfün deyə bir qurum varmış. Bu qurum seyidlərin siyahısını aparır, onların vergidən azad edilməsini təmin edirmiş. Osmanlı zamanı seyidlərə geniş imtiyazlar verilir, hər yerdə ehtiram göstərilirdi. Seyidlər də hamıdan fərqlənmək üçün başlarına yaşıl çalma taxırlarmış. Bundan başqa onlar qoşun müharibəyə yollananda, padşah taxta çıxanda və bu kimi başqa tədbirlərdə iştirak edir, xeyir-dua verirlərmiş.

Deyilənə görə, imtiyazlar artdıqca saxta seyidlərin də sayı artırmış. Sonradan bu qurumun nüfuzu zəifləyib. Çünki yağışdan sonrakı göbələk kimi peyda olan saxta seyidlərin qarşısını almaq çətinləşirmiş.

Bizdə isə yəqin ki, əvvəldən belə siyahıyaalma olmayıb. Ona görə də seyid olmağı sübut edən sənəd heç kəsdə yoxdu. Elə dildən-dilə, ağızdan-ağıza dolanıb ki, filankəs seyiddir. Yəni heç bir sənəd-sünədlə təsdiq tapmayan bir şeyə görə necə vəsiqə almaq olar?

Ümumiyyətlə, bunu düşünmək üçün adam gərək fırıldaqçılığın hansı mərtəbəsində olsun, ağlına bu cür mütərəqqi fikir gəlsin.

İndi bu əmi oğlu qabağa düşüb özünə vəsiqə alıb. Xeyirli olsun. Artıq fağır-füqəranın ağzına tüpürmək üçün hüquqi cəhətdən heç bir problem yoxdu.

Hərə bir yolla özünə çörək yeri düzəldir, onun da ağlına bu gəlib.

Əsas odur bizim ağlımıza ona pənah aparmaq gəlməsin.

Bax, Allah bizi o, və onun kimi vəsiqəli seyidlərdən saxlasın.

# 2247 dəfə oxunub

Oxşar xəbərlər

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

Bu “silikonlu Harvard məzunu”nu niyə TV-lərə buraxırlar?!

11:15 1 aprel 2025
Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir

13:26 26 mart 2025
İndiki şeirimizdə uğultu var

İndiki şeirimizdə uğultu var

12:40 22 mart 2025
Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

Azərbaycanlılar heç vaxt müsəlman olmayıb

10:00 21 mart 2025
Qələbəmizi urvatdan salan qazilər

Qələbəmizi urvatdan salan qazilər

15:00 11 mart 2025
Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

Qənirə Paşayevanın övladları var, qoy hamı bilsin

15:49 7 mart 2025
# # #