Şərhdə yazılan söyüş kimə gedir

Şərhdə yazılan söyüş kimə gedir
5 iyun 2014
# 10:42

Mirmehdi Ağaoğlu yazır...

Seks, din, bəkarət, dini şəxslər haqqında yazı yazmağa peşmansan. O dəqiqə hardansansa bir ovuc qaragüruh peyda olur.

Və başlayırlar sənin haqqında ağızlarına gələni yazmağa. Ağızlarının qatığını dağıdırlar. Küçə söyüşlərinin biri bir qəpik olur. Təhqir edirlər. Utanmaz-utanmaz şeylər yazırlar.

Onların yazdıqlarını öz yanlarında ucadan desən adama deyərlər: “Brat, camaatın anası-bacısı var.”

Bunu deyənlər bu söyüşləri şərh yerlərində yaza bilirlər.

Maraqlıdır, çoxu bilir ki, tərkibində təhqir olan şərh onsuz da saytda verilməyəcək.

Nə bilim, bəlkə də söyüş yazanın ağlına belə şey gəlmir. Gəlsə zatən yazmaz. Ən azı vaxtına heyfi gələr.

Amma yazırlar.

Görünür, sadəcə ən azı sayt adminin bunu görəcəyini bilirlər.

Belələrini görəndə vallah adamın bu cür yazını yazan adamlara yazığı gəlir, zatən düzələn deyillər, əziyyət çəkməyə dəyməz.

Özü də söyüş, təhqir şərhlərini ən çox qadın yazarların yazılarına yazırlar. Məsələn belə: “Gəl sənə göstərim seks necə olur.” “Ah, səni nə belə edərdim”.

Düzdür, arada yazının başlığı, mövzusu ilə səsləşən, istedadlı söyüşlər də olur. Haqlarını danmayaq.

Kişi yazarlara yazılan şərhləri isə təqribən bilirsiz.

***

Bir gün Buddanın tələbəsi üz-gözü göyərmiş halda müəlliminin yanına gəlir. Budda nə baş verdiyini soruşur. Tələbəsi də küçədə bir nəfərin onu söydüyünü, söyüşə cavab qaytaranda isə dalaşdıqlarını, döyüldüyünü deyir.

Budda tələbəsinə deyir: “Tutalım sən mənə bir hədiyyə vermək istəyirsən, amma mən o hədiyyəni qəbul etmirəm. Bu zaman o hədiyyə kimdə qalır?”

Tələbəsi deyir ki, özümdə.

Budda cavabında deyir: “Söyüş də o cürdür. Səni söyənə cavab verməsən söyüşü elə özünə qalacaq.”

Bax belə, biz sizin “hədiyyə”ləri qəbul etmirik.

# 3584 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #