Binadan yıxılan uşağın xilaskarı

Binadan yıxılan uşağın xilaskarı
26 avqust 2016
# 12:49

Mirmehdi Ağaoğlu

Dünən bir xəbər oxudum ki, Sumqayıtda küçədən keçən qadın beşinci mərtəbədən yıxılan dörd yaşlı uşağı göydə tutub. Nəticədə nə qadın xəsarət alıb, nə də uşaq.

Neqativ informasiya ilə “peredos” olduğumuz həyatımızda birdən-birə belə bir xəbəri oxumaq adama şok terapeyası kimi gəlir.

Yəni həyatımızda belə sevindirici xəbərlər də ola bilərmi?

Xəbəri heç sonacan oxuya bilmirsən, sevincdən gözlərin yaşarır.

Elə bil Markesin sehrli dünyasındasan; göydən bir uşaq düşür və bir qadın heçdən var olur, düşünmədən əllərini göyə açıb o uşağı tutur.

Fəsadını düşünmür.

Nəsə olar, özü xəsarət alar deyə qorxmur.

Sinəsini mətanətlə təhlükənin qabağına verir.

Bir həyatı xilas edir.

Bir uşağa ikinci həyat bəxş edir.

Mənə görə “Bu dünyada ən yaxşı peşə hansıdır?” sualına cavabı Selincer “Çovdarlıqda uçurumdan qoruyan” əsərində tapıb. Holden Kolfild bacısına deyir ki, istəyirəm çovdarlıq tarlasının kənarında dayanım və topla oynayan uşaqlar uçurumdan yıxılanda onları tutum, xilas edim. Bu həyatın çətinliklərini, saxtakarlıqlarını dərk etməyə başlayan yeniyetmə bir uşağın “mümkünsüz” arzusu idi.

Amma o arzunu dünən Sumqayıtda bir qadın mümkün elədi. Bir anlıq Holden Kolfild oldu, bir uşağı, bir həyatı xilas elədi.

Nə yaxşı, nə yaxşı həyatımız belə möcüzələrdən yoxsul deyil.

Bütün faciələr son anda bu cür xoşbəxt sonluqla bitsəydi, nolardı!

Bir uşağı belə möcüzəylə qurtaran Tanrı bütün uşaqları xilas etsəydi...

Tanrı da Holden Kolfild olsaydı...

Uşaqlar ölməsəydi...

# 1164 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

"Elə bildim, narkoman olmuşam..." - İlham Əziz

17:25 2 avqust 2024
Səkinə dayıqızı naynay

Səkinə dayıqızı naynay

13:00 1 avqust 2024
Vida məktubu

Vida məktubu

16:30 25 iyul 2024
Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

Çöpçülük ilahi vergidir, yoxsa fırıldaq?

15:00 25 iyul 2024
# # #