Vasif Məhərrəmli niyə çuşkadır?

Vasif Məhərrəmli niyə çuşkadır?
3 iyun 2016
# 11:00

Vasif Məhərrəmli bir neçə gündü “kəmər”ini alıb əlinə gələnə də döşəyir, gedənə də. “İnstagram”da kim ona tənqidi nəsə yazırsa ağzını açıb-gözlərini yumur.

Bir ictimai fiqur belə olmalıdırmı? İlk baxışdan fikirləşmək olar ki, o da insandı, onun da əsəbləri var, o da hirslənə bilər. Amma bu ilk baxışdan belədi. Əgər sən ictimai fiqursansa hər şeydən əvvəl öz imicini qorumağa məcbursan, səni sevənlərlə və sevməyənlərlə hörmətlə davranmaq isə borcundur. Səninlə kobud davrana bilərlər, tənqid edə bilərlər, əvəzində bacardığın qədər etik qaydalara əməl etməlisən. Çünki ictimaiyyət səni görür, səni tanıyır, sənə şərh yazan, səni dinləyən Əlini, Vəlini, Pirvəlini yox. Elə səni tanıdıqları üçün də sosial şəbəkədə izləyirlər, səninlə maraqlanırlar. Yoxsa kimin nəyinə lazımdır Vasif Məhərrəmli. Bax bu izləmənin, marağın əvəzi olaraq ictimai fiqurun da ətrafdakılara hörmətlə yanaşmaq borcudur.

Bəs Vasif Məhərrəmli nə elədi? Müğənni sosial şəbəkədə şəkil paylaşıb. Kimsə şəklə şərh yazıb ki, kəmərin yeri yox idi. Vasif də nə desə yaxşıdır? “Çuşka, kəmər Stefano Riccidəndi”

Siz minlərlə insanın sevimlisi olan, efirdən düşməyən bir müğənninin münasibətinə baxın. Elə bil məktəbdə iki sinif yoldaşı söhbət edir.

Hər şeydən əvvəl bir insanın özünün əyin-başı, geyimi, bahalı aksessuarları ilə öyünməsi etik deyil. Qiymətli olan paltarın içindəkidir, paltarın özü yox. Geyim-keçimlə öyünmək heç adi adama yaraşmır, o ki, qaldı bu şəxs ictimai fiqur ola. Bir az dünyagörüşü olan sivil insan heç vaxt deməz ki, mənim kəmərimin 1000 dollar qiyməti var. Məsələn, inanmıram ki, Bill Qeyts nə vaxtsa kəməri ilə, saatı ilə öyünə. Halbuki dünyanın ən varlı adamıdır.

İkincisi də fanatı Vasif Məhərrəmliyə mədəni şəkildə öz fikrini bildirib. Vasif Məhərrəmli ona normal cavab verməli idi ki, kəmərin yeri var, ya yox, və ya bir smaylik qoyub keçə bilərdi, amma o, yeniyetmə xisləti ilə aləmə car çəkir ki, çuşka...

Sonrasını da bilirsiz, ona bu davranışı irad tutan hər kəsə dili ilə yox, məlum orqanı ilə cavab verir.

Vallah, belə şeyi Riki Martinə, Eros Ramazottiyə, Tarkana danışsan, gülməkdən uğunub gedərlər, üstəlik də deyərlər ki, bir müğənninin ictimaiyyətlə davranış qaydalarını bilməməyi özü elə çuşkalıqdır.

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #