Polkovnik və parazitlər

Polkovnik və parazitlər
27 aprel 2017
# 12:28

Mirmehdi Ağaoğlu

Dünən Facebookda əksəriyyət bu xəbərdən danışıb: 60 yaşlı polkovnik beşinci dəfə evləndi (sonra məlum oldu ki, üçüncü dəfə evlənib).

Hərə bir şey yazır, ələ salan kim, tənqid edən kim, qınayan kim. Allah üçün, polkovnikin tərəfini tutanlar da vardı – barmaqla sayılacaq qədər olsalar da. Mən də onlardan biri.

Bəlkə mənim anlamaq problemim var, bu xəbərin əhəmiyyətini başa düşə bilmirəm, başa düşən mənə də izah edər – şərhdə.

O vaxta kimi mən öz fikrimi yazıb.

Əvvəla bildiyim qədəri ilə o polkovnik heç bir qeyri-etik, cəmiyyətin qaydalarına zidd olacaq bir əməl törətməyib. Dövlətin qanunlarına, dinin qaydalarına, xalqın adətinə uyğun olaraq evlənib. Özü də kefi istəyib, bu dəfə də toy çaldırıb - şadlığı evi danışıb, gəlin maşını tutub, özü də keçib oturub bəy-gəlin masasında. Yaxşı edib.

Kimisə zorlamayıb, kiməsə sataşmayıb, əxlaqsızlıq etməyib. Sadəcə evlənib.

İndi bir dəfə evlənir, ya beş dəfə evlənir, bu onun öz işidir.

İnsanların şəxsi həyatı cəmiyyətə problem yaratmadıqca, qanunların ziddinə getmədikcə başqalarını maraqlandırmamalıdır.

Axı biz niyə görə bu qədər bekarıq, bu qədər gəvəzəyik? Kiminsə şəxsi həyatı bizi niyə bu qədər düşündürməlidir?

Səbəb isə, sadədir. Öz həyatı olmayanlar başqalarının həyatını müzakirə etməkdən həzz alır. Bir növ parazit kimi. Öz həyatını mənalı edə bilməyənlər başqalarının şəxsi həyatını müzakirəyə çıxarmaqla həyatlarının mənasızlığını doldurur.

Halbuki həyatı mənalı etməyin nə çox yolu; gəzməyə get, özünə hobbi tap, kitab oxu, filmə bax, şəkil çək və sair və ilaxır.

Qısacası nə istəyirsən et, amma başqasının həyatına burnunu soxma.

Başqasının həyatını müzakirəyə çıxarma.

Çünki bir gün gələr sənin də həyatın müzakirə olunar.

İsa peyğəmbərin dediyi kimi: Mühakimə etmə, mühakimə olunarsan.

# 2228 dəfə oxunub

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür

18:38 14 fevral 2025
Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
#
#
# # #