Xaraktersiz vücuddakı istedad

Xaraktersiz vücuddakı istedad
23 fevral 2015
# 10:09

Kulis.az gənc şair Şəhriyar del Geraninin öz Facebook səhifəsində tənqidçi Əsəd Cahangirlə bağlı yazdığı “Əsəd Cahangir "6x6" Layihəsində - "ИЖ" motoruyla (lülkalı)” yazını təqdim edir.

1 - Nə vaxta qədər. Ki, ədəbiyyatı yalnız rəqqasə paltarı tikməyi bacaran dərzi metrəsiylə ölçəcək, o vaxta qədər də istedadlı və intellektual Rövşanə Bektaşilərin, Əli İsa Cabbarovların qarşısında müvazinətini itirib öz kəlağayılı eqosunu adamları təhqir etməklə, şər atmaqla tətmin edəcək.

2 - Qabaqlar onun çıxışlarını "Danos" janrında yazıb "vişnovi" vaz 21 06 - zad alırdılar, o isə ANS-də qırmızı-qırmızı danışıb bedava tələf eləməklə məşğul olur. Vəzifəli adamlardan qorxduğu qədər Allahdan qorxsaydı, genetik kodlarına sadiq qalıb əl-əlbət Hoccətül-islam mərtəbəsinə yüksəlmişdi bunca zamanda.

3 - Amalı birdir – "Bacardıqca özünü biabır etmək". Əzəl başdan qəzetlərdə biabır edirdi, sonra saytlarda daha müasir auditoriyalarda. Daha sonra televiziya kanallarında. Deyim xəbəri olsun, bunun öhdəsindən xeyli məharətlə gəlir. Bundan sonra daha geniş müstəvilərdə özünü biabır etmək barədə ciddi-cəhdlə düşünməlidir. Beynəlxalq səviyyədə - bir neçə dünya dillərinə tərcümə olunmaqla, xarici telekanallarda çıxışlarla başqa millətlər, başqa xalqlar üçün biabırçılığının yeni-yeni qatlarını açmalıdır.

4 - «Təki Qanqaraçılıq Olsun» prinsipiylə yaşayır. Səd-əfsus o beyinə, o istedada ki, xaraktersiz bir vücudda olmazın əzablar çəkmək məcburiyyətində qalıb. Ömrünün böyük hissəsini istedaddan At Yalı qədər uzaq adamlarla “padval” kafelərdə yerli araqlardan içib, özünün kifayət qədər banallıqla qələmə aldığı yersiz “Namaz” poemasından danışmaqla keçirmiş əzizi-girami həmvətənimiz, xeyirlə şər arasındakı seçimində zaman-zaman birmənalı olaraq Andranikin tərəfində olmuşdur.

5 - Bəstələdiyi mahnılarla «20 yanvar» metrosunun “Velotrek” tərəfə olan çıxışındakı disksatanların və bütün marşrut abtobusu “şoferləri”nin yüksək sədaqətlə daima yanlarında olduğunu nümayiş etdirmişdir.

6 - İstinad nöqtəsi - 622-ci il, iyulun 16-dan 17-nə keçən gecə Məhəmməd Peyğəmbəri Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qoymuş dəstə-dəstə hüdudsuz cəhalət sakinləridir.

Başqa heç nə...

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #