Canım mənim

Canım mənim
1 aprel 2020
# 09:45

Bu gün görkəmli tərcüməçi Vilayət Hacıyevin 70 yaşı tamam olur. Kulis.az bu münasibətlə Vilayət müəllimi təbrik edir və tanınmış yazıçı Saday Budaqlının onun haqqında yazdığı “Canım mənim” yazısını oxucuların diqqətinə çatdırır.

“Salam, ustad”, “Sabahın xeyir, professor”, “Böyük insan”... O da gülümsəyir, qıvraq yerişlə qarşına yeriyir, hal-əhval tutur, kiminsə kefini soruşur, kiməsə atmaca atır, qadınlara xoş söz deyir... Baxıram, baxıram, deyirəm, kənddən çıxasan, özü də bu qədər centlmen olasan, üstəlik, alman dilini biləsən...

Gallery

Bu dediklərim dostumuz Vilayət Hacıyevə aiddir. Düzgün insan, səmimi insan... Çoxları, yəqin, bilmir, Vilayət müəllim ədəbiyyata nasir kimi gəlib, hekayələri çap olunub. Sonra bizə yazığı gəldiyindən tərcüməyə keçib. Hər sözün üstündə əsən mükəmməl, ustad tərcüməçi. Vilayət müəllim kimləri tərcümə eləməyib? Stefan Sveyq, Frans Kafka, Remark, Herman Hesse, Lion Feyxtvanger, Henrix Bööl... Nəhəng yazıçıların böyük əsərləri: “Zəfər tağı”, “Yalquzaq”, “Lautenzak qardaşları”, “Bir təlxəyin düşüncələri”, “Kişisiz ev” və onlarla başqa əsər...

Vilayət müəllimin zəhməti az-çox qiymətləndirilib. Keçən il Mədəniyyət Nzirliyinin “Qızıl kəlmə” mükafatını alıb. Hələ Vilayət müəllim ordenlə də təltif olunub – “Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç” ordeni.

Bu gün dostumuzun 70 yaşı tamam olur. Fikirləşmişdik necə keçirəcəyik, harada toplaşacağıq. Alınmadı. Koronairus girdi araya. Eybi yox, inşallah, əvəzini çıxarıq.

Böyük ustad, böyük insan, uzaqdan-uzağa qucaqlayıb öpürəm, təbrik eləyirəm, cansağlığı arzulayıram.

Sən bütün gözəlliklərə layiqsən!

# 4897 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #