Kamyunun fəlsəfəsi, yağış və...yenə..
Yağış yağır...
Kamyunun “Yad”ını oxuyub bitirdim. Özü də birnəfəsə.
Ona görə yox ki, çox maraqlı idi, ona görə ki, sadəcə hadisələr birnəfəsə cərəyan edir.
Tərcümə heç xoşuma gəlmədi. Bəzən tərcümə əsərin mənasına xələl gətirir.
Çox sevdiyim 19-cu əsir rus ədəbiyyatını orijinaldan oxuyanda hiss etdim ki, o vaxta qədər oxuduğum tərcümələr yalançı dolma kimi bir nəsnə imiş.
Yağış yağır...
İndi nə oxuyacam? Oxumasam həyat daha maraqsız olur. Əslində oxuyanda da həyatın marağı artmır, sadəcə başın bir az qarışır, bir az başqa həyatlarla yaşayırsan.
Tərs kimi başa çatdırdığım əsər də həyat eşqi aşılamadı. Kamyu deyir neynəyirsənsə et, fərqi yoxdur, axırın hamının axırı kimidir-ölüm. Deyir hansı yaşda ölməyin belə fərqi yoxdur, bir halda ki, sonun ölümdür...
Onun qəhrəmanı saatbasaat ölümünə yaxınlaşmağını izləyir, müşahidə edir.
Yaşadığı boyunca başqa heç nəyi o ləzzətlə izləməyib. Nə isə... mənasız əsərdir...
Bəlkə də mənə elə gəlir... Baxır əsəri oxuyan vaxt hansı ovqatda olursan.
Amma əsərin özünün səndə hansı ovqatı yaratması da şərtdir. Oxudum, bütün oxuduqlarım kimi ya əhvalatlar beynimdə bir-birinə qarışacaq, ya da bir müddət sonra hamısını unudacam.
Unutmadığım bircə əsər var, o da Cek Londonun “Martin İden” əsəridir. Onun da daha çox sonluğu yaddaşıma həkk olunub. Yəqin ölüm, ölümdən öncəki yaşantılar barədə yeniyetməlik çağlarımda ilk oxuduğum əsər imiş.
“Gənc Verterin iztirabları”nı da onunla eyni vaxtda oxumuşam, amma yadımda qalmayıb. Deməli, ölümdən bəhs etdi, yaxud həyatdan fərqi yoxdur, yetər ki, səndə hər-hansı təsir(üat) buraxsın...
Deyəsən, pessimizmə qapılmışam, bir yandan Kamyunun absurd fəlsəfəsi, bir yandan da...
...Yağış yağır.
Oxucu da düşünəcək ki, ya həyatdan bezmişəm, ya da başım xarab olub. Heç biri deyil, Kamyunun “Yad”ından sonrakı yaşantılardır, vəssalam.
Bütün bunlarla belə yenə oxumaq istəyirəm, amma bu dəfə Kamyunu yox.. özü də tərcümədə isə heç yox.

Oxşar xəbərlər

Rus təkcə içki düşkünü deyil, həm də cəza düşkünüdür
18:38
14 fevral 2025

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır
14:25
14 fevral 2025

Niyə evtanaziya əcəldən daha yaxşıdır?
17:00
11 fevral 2025

Vətənə, millətə xəyanət, uşaq istismarı
12:00
23 yanvar 2025

Sənət Allah üçündür
09:00
22 yanvar 2025

Peyğəmbərlik nədir?
15:00
7 yanvar 2025