Atatürk bomba rabatay

Atatürk bomba rabatay
26 aprel 2011
# 10:34
1905-ci ilin yanvar ayında Hərbi Akademiyanın iki məzunu kirayə qaldıqları evdə tutularaq həbs olunurlar. Həbs olunan gənc yüzbaşılardan biri Mustafa Kamal.

Mustafa Kamal o zaman 24 yaşında idi. Evdə axtarış aparanların diqqətini gənc zabitlərin kitabları cəlb edir. Bunlar Avropada nəşr olunmuş qəzet və jurnallardan kəsilmiş parçalar, bu parçalara gənc zabitlərin etdikləri qeydlər, bir də kitablar arasında Namiq Kamalın əsərləri.

Həbs olunanları “Bəkirağa bölüyü” adlanan, əsasən siyasi məhbusların saxlandıqları həbsxanaya salırlar.

Zindanda ağır şəraitdə yaşasalar da gənc zabitlər orda da kitab oxumağı tərgitmirlər. Maraqla oxuyurlar. Bu arada həbsin səbəbini də öyrənirlər: “Sultan 2-ci Əbdülhəmidə bombalı suiqəsd planı”.
Dindirilmə zamanı Mustafa Kamal müstəntiqin yanında hərb məktəbindən tanıdığı birini də görür. Adı Fəthiymiş. Məktəbdən qovulubmuş. Qalacaq yeri olmadığı üçün Mustafa Kamal ona acımış, bir neçə dəfə evində qonaq saxlamışdı.

O zamanlar Akademiyanın müdavimləri tez-tez Mustafa Kamlgilə yığışır, ölkədəki siyasi prosesi müzakirə edir, Avropada baş vermiş inqilablardan, onların yaranma səbəblərindən danışır, şeirdən, Namik Kamalın əsərlərindən söhbət edir, Sultan 2-ci Əbdülhəmidin hakimiyyətini tənqid edirmişlər.

Bu müzakirələrdə əksər hallarda imperiyada baş verən bütün uğursuzluqlar sultanın ayağına yazılırdı. Sən demə onların acıyıb sığınacaq verdikləri dostları bu danışıqları gizlicə qeyd edirmiş
Fəthi xəfiyyə imiş. Fəthi yığdığı bütün məlumatları gizli polisə təqdim edərək bildirir ki, Mustafa Kamal və dostu Sultan 2-ci Əbdülhəmidə bombalı sui-qəsd təşkil etməyi planlaşdırırlar. Hətta suiqəsdin yeri və zamanı da bəllidir. Ramazan ayının 15-də Sultanın “Hırkai-Şərif” ziyarəti zamanı arabasına bomba atılacaqmış.

Təbii ki, bütün bunlar iftiraydı. Bu istintaqın uzanmasına bir səbəb var idisə o da Mustafa Kamal və dostunun hakimiyyətə müxalif olması və Mustafa Kamalın hərbi akademiyada müdavim ikən qəzet buraxması idi. Qəzet isə əl yazısı ilə yazılmış bir vərəqdən ibarət idi.
Osmanlının önəmli paşalarından olan Əli Fuadın atasının işə qarışmasından sonra gənc zabitləri sərbəst buraxırlar. Amma onlar cəzasız qalmırlar. Hərbi Akademiyanı uğurla bitirmiş bu iki gənc hərbçi karyeralarını sürgündə başlamalı olurlar. Mustafa Kamal Şama, Əli Fuad isə Beyruta təyinat alır.

Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” adlı hekayəsini məktəbdən bilirik. Filmi də var. Sadə, aydın dillə yazılıb. Amma nə gözəl də təsvir edib. Artıq qocalmış və pensiya yaşına az qalmış qorodovoy Kərbalı Zaldan işdə pristav da narazıdır.

Nə olur olsun bomba, tapanaca, tüfəng heç olmaya, sapı qırıq bir balta tapmalıdır. Arxasını onsuz da bilirsiz. Bomba rabatay məsələsi.
Pristav, qlabəyi, jandarmlar tökülüşüb gəlirlər, məlum olur usta Feyzullanın evində kisənin içindəkilər qarpız imiş.

Əbdülrəhim bəy bu hekayəni yazanda dünya Atatürkü tanımırdı.
# 1860 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
# # #