Araq məsələsi
30 avqust 2012
12:56
Bizim ədəbi çevrələrdə stereotip var: “İçki içməyən adamdan yaxşı şair, yaxşı yazıçı olmaz”.
Bir dəfə dostlarımızdan biri şeir yazmağa yeni başlayan və içki içməyən gəncin üzünə beləcə də dedi: “Sən içki içmirsən, səndən şair olmayacaq”.
Bizim şairlər, yazıçılar bu stereotiplə yaşayaraq içkinin qulu olublar həmişə.
Guya içki içməsən, üstün-başın çirkli olmasa, “bomj”a oxşamasan, ağac dibinə qusmasan, yaxşı şeirlər yaza bilməzsən.
Əgər sən ancaq araq içdikdən, ağac dibinə qusduqdan, “bomj”a oxşadıqdan sonra yaxşı şeirlər yazırsansa, sənin şeirlərin şəxsən mənə lazım deyil.
Çox qəribədir. Təkcə ədəbi çevrələrdə yox, ümumiyyətlə, bizim insanlar arasında yaxşı içki içmək həmişə qürur mənbəyi sayılıb.
“Filankəs yaxşı vurandır”, “mənimlə axıra kimi içə bilərsən?”, “o gün 1 ton araq içdim”.
Sanki yaxşı araq içmək qəhrəmanlıqdır. Sanki araq içmədən yaxşı adam olmaq mümkün deyil.
Sən içmədən problemlərini həll edə, insanlarla ünsiyyətdə ola, əylənə bilmirsənsə, problem özündədir.
Problemi cəmiyyətin üstünə atma. Özündə axtar.
Qürurlanmağa başqa şeyi olmayanlar, yaxşı içməkləri ilə öyünürlər.
İçib məclislərdə özlərini apara bilmirlər. Eqolarına yiyə dura bilmirlər. İçdikdən sonra içlərindəki bütün murdarlıqları ortaya qoyurlar.
Əgər yazılarınız heç olmasa, normala yaxın olsaydı, bütün bunları sizə bağışlamaq olardı. Deyərdik ki, cəhənnəm, çox içsə də, yaxşı yazır.
Qəribə burasıdır ki, bəzən bizim camaat içki içməyənə yaxşı baxmır. Bu yəqin ki, cəmiyyətin savadsızlığından irəli gəlir. Başa düşmürlər ki, içməyə məcbur edilən insan bir fərd kimi məhvə məhkumdur.
İçkinin qulu olan adamdan heç vaxt yaxşı bir iş gözləmək olmaz. O, daha nə ailəsinə, nə cəmiyyətə, nə ədəbiyyata heç nə verə bilməz.
Azərbaycan ədəbiyyatında içkinin qurbanı olan istedadlı şairlər və yazıçılar çoxdur. Elə gözümüzün önündə içkinin məhv etdiyi gənc istedadları görürük. Və əlimizdən bir şey gəlmir. Ədəbiyyatı bir kənara qoysaq, biz həm də dostlarımızı itiririk...

3241 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024