“Çərpələng uçuran”
28 iyul 2012
06:00
Vaxtımızın çoxunun tıxaclara, sosial şəbəkələrdə söhbətlərə, böyük, fundamental məlumatlar yerinə “hər çiçəkdən bir şirə” prinsipi ilə kiçik, təsadüfi materialların oxunmasına getdiyi bir zamanda yenicə mütaliəyə başladığım “Çərpələng uçuran” kimi 440 səhifəlik qalın kitabı oxumağı xeyli vaxta bitirəcəyimi sanırdım. Yaxşı ki, bu dəfə elə olmadı. Gündəlik həyat ritrmimi kənara qoyub bir oturuma oxudum kitabı. Yəni o qədər maraqlı idi “Çərpələng uçuran”.
Əfqanıstanlı mühacir Əmir ABŞ-da uğurlu yazıçı karyerası qurub. Həyat yoldaşı ilə xoşbəxt yaşayır. Bircə qəlbini didib parçalayan uşaqlıq xatirələri olmaya. Sızıldayan vicdanı olmaya.
Dünyanın harasına gedirsənsə get, harasında olursa ol, əgər qəlbində bir azcıq da olsa insanlıq varsa, döş qəfəsində daş deyil ürək gəzdirirsənsə, nə vaxtsa etdiyin günah, səni həmişə narahat edəcək, rahat yaşamağa imkan verməyəcək.
Bəlkə ona görə də Əmirin uşağı olmurdu ki, hər dəfə balasını görəndə unutmağa çalışdığı uşaqlığını xatırlamısın. Deyəsən Əmir ömür boyu bu vicdan sızlaması ilə yaşayacaqdı. Hər dəfə uşaqlığını xatırlamaqdan utanacaqdı. Yaxşı ki, Əfqanistandan zəng gəldi. Əmir öz keçmişinə, uşaqlığına qayıdıb səhvini düzəldə bildi.
Kaş zaman maşını xəyalı gerçək olaydı, keçmişimizə qayıdıb səhvlərimizi düzəldə biləydik. Onda daha xoşbəxt olardıq.
Əsərin qalan hissəsini danışmasaq yaxşıdı. Bəzi adamlar var ki, baxacağı filmin, oxuyacağı əsərin sonunu bilmək istəməzlər. Əks halda əsər onların gözündən düşər, maraqları qaçar. Mənsə elələrindən deyiləm. Mənim üçün bir əsərin sonluğundan çox onun yazılma tərzi, detalları vacibdi. Hətta sonluğunu bildiyim əsərləri daha maraqla oxuyuram.
“Çərpələng uçuran”ı oxuduqda isə mənə elə gəldi ki, əsərin onsuz da ürəyimə dammış sonluğunu bilmək məndə oxu həvəsini öldürəcək. Odur ki, internetdə əsər haqqında oxuyanda sujeti ilə maraqlanmadım.
Birinci şəxsin dilindən yazılmış romanları adətən avtobioqrafik hesab edərik. Sanki kitabı oxuduqca qəhrəmanın yaşadığı faciələri öyrənmək bizdə müəllifə qarşı mərhəmət hissi oyadır. Buna görə də birinci şəxsin dilindən yazılmış romanlar bizdə daha çox uğur qazanır. Anna Axmatova isə avtobioqrafik əsərlərin belə yarıdan çoxunun uydurma olduğunu deyirdi. Bəli, yazıçı müxbir, reportyor deyil, o nağıl deyən, uydurmaçıdı.
Xalid Hüseyninin Əmirin sarsıntılarını bu cür ustalıqla verməsi istər- istəməz belə bir sual yaradır. Bütün bunları cənab müəllif yaşamışdımı? Romanı yarıda saxlayıb müəllifin həyatına göz atanda yanıldığını və nə qədər sadəlöv olduğunu görürsən.
Əmirlə Həsənin münasibətləri, atasının soyuq münasibətini görən Əmirin bütün uşaqlara qarşı duyuduğu nifrət hissi, hətta atasının tikdirdiyi yetimlər evində yaşayacaq uşaqlara belə nifrət etməsi, rusların Əfqanistana hücumu, Kabilin təsviri, Əmirin atası ilə Kabildən qaçışı, ABŞ-a yerləşmələri… bura qədər hər şey qaydasındadır. Əmirin Əfqanıstana qayıdışı və Həsənin oğlunu talibanlardan xilas etməsi isə süni təsir bağışlayır. Tanış süjet-“Rembo-3” filmi yada düşür. Əmirin Həsənin oğlunu xilas etməsinin bədii həlli o qədər də uğurlu alınmayıb.
Xalid Hüseyninin yaratdığı kəskin süjet, qəhrəmanların psixoloji hallarının ustaca təsviri, Babanın tanımadığı bir qadına görə sinəsini rus gülləsinin qabağına verməsi kimi səhnələr oxucunu riqqətə gətirir. Bəzi səhnələri isə həyəcansız oxumaq mümkün deyil. Sadəcə oxuyub keçmək olmur, gərək gözlərin də yaşarsın. Əmirin sızıldayan vicdanının acısını qəlbində duymaya bilmirsən.
Bir dəfə hardansa uğurlu roman yazmağın reseptini oxumuşdum.
a) Romanda mütləq zorakılıq, şiddət səhnələri olmalı
b) Seksual səhnələr olmalı
c) Gender bərabərliyinə toxunulmalı
d) Cinsi azlıqların haqları qabardımalı
e) İrqi, milli ayrı seçkiliklər əks olunmalıdır
Bu bəndlərə əməl etdikdə romanın uğur qazanması üçün əsas şərtlər mövcuddur deməkdir.
“Çərpələng uçuran”da bu şərtlərə müəyyən qədər əməl olunur. Romanda şiddət, zorakılıq səhnələri, qadın-kişi ayrıseçkiliyi, irqi, milli ayrıseçkilik kimi səhnələr kifayət qədərdir.
Bir də romanın nəşr olunduğu tarixi nəzərə alaq. 2003-ci il. Dünyanı sarsıdan 11 sentyabr hadisəsi baş vermiş, ABŞ qoşunları Əfqanistana yeridilmişdi. Romanda elə bu baxış bucağından yazılıb. Xalid Hüseyni ABŞ-ın Əfqanistana girməsinə bədii haqq qazandırır.
Babanın ruslara nifrət etməsi də müəllifin şəxsi düşüncəsindən qaynaqlanır. Onun ruslara nifrəti o qədərdir ki, hətta ABŞ-da qəbuluna getdikləri həkimin rus olduğunu öyrənəndə belə müayinə olunmaqdan imtina edir. Yəqin buna görə də həmişə mövzuları əhatəli işləməkləri ilə fərqlənən wikipedianın rusca bölməsində Xalid Hüseyni və “Çərpələng uçuran” haqqında məlumat kafi deyil.
Reseptlərə əməl etmək belə asan olsaydı sağalmaz xəstələr, dadsız xörəklər olmazdı. Buna da xüsusi bacarıq, zamanın nəbzini tutmaq qabiliyyəti lazımdır. Xalid Hüseyninin bu qabiliyyətinə görə “Çərpələng uçuran” satış rekordları qırdı.

2102 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024