Kamal Abdullanın yaratdığı alternativ dünya - Ulucay Akif

Kamal Abdullanın yaratdığı alternativ dünya - Ulucay Akif
4 dekabr 2023
# 10:41

Bu gün Xalq yazıçısı Kamal Abdullanın doğum günüdür.
Kulis.az Ulucay Akifin Kamal Abdulla haqqında yazısını təqdim edir.

Əsl yazıçı mətnlərində alternativ dünya, alternativ reallıq, alternativ həqiqəti yaratmağı bacaran yazıçıdır.

Əslində, bizi yazmağa vadar edən də mövcud dünyanın, mövcud reallığın və mövcud həqiqətlərin bizə bəs etməməyidir. Daha doğrusu, mövcud dünyanın bizi qane etməməyi.

Yəni mən yazmaq eşqimizə başqa bir səbəb tapa bilmirəm.

Sevdiyimiz yazıçıları da bu səbəbdən sevirik: onun yaratdığı dünya, onun təqdim etdiyi reallıq və həqiqət bizi qane edir.

Kamal Abdulla mənimçün o yazıçılardandır ki, onun yaratdığı alternativ dünyada özümü yetərincə güclü və xoşbəxt hiss edirəm. Onun hekayə və romanlarını oxuyanda mən də özümü sehrli hiss edirəm. Elə bilirəm ki, mən də Gözəgörünməz dağa qalxa bilərəm, əsamı yerə vurub yoxa çıxa bilərəm.

Kamal Abdullanın mətnləri mənimçün həmişəyeni və həmişəmaraqlıdır.

Çünki...

Kamal Abdulla yenilikçidir, fərqlidir,

Kamal Abdulla müasirdir,

Kamal Abdulla qədimdir,

Kamal Abdulla sehrlidir, mistikdir,

Kamal Abdulla özünəxas və bizimdir, millidir.

Və ən əsası Kamal Abdulla mənim yazıçımdır.

Onu doğum günü münasibətilə yox, sadaladığım məsələlərə görə təbrik edirəm.

Kamal Abdullanın doğum günü münasibətilə isə özümüzü təbrik edirəm.

# 1434 dəfə oxunub

Müəllifin son yazıları

# # #