Ayaqqabılar sərxoş olur tut şirəsindən - Ulucay Akifin yeni haykuları

Ayaqqabılar sərxoş olur tut şirəsindən - Ulucay Akifin yeni haykuları
4 iyun 2024
# 12:47

Kulis.az Ulucay Akifin "Yay mənzərələri" silsiləsindən yeni haykularını təqdim edir.

Çəhrayı dondurma

Yaydı
Məhəllə mağazasının qabağında
yığışan uşaqlar
Paketdən çıxan
dondurmanın rənginə sevinir

Tut ağacı

Yaydı
Uzun, kölgəli yollarda
Ayaqqabılar sərxoş olur
Tut şirəsindən

Sevgililər

Yaydı
Parkda voleybol oynayır tələbələr
Bir oğlan topu ancaq O qıza atır
Təsadüfən...


Xoşbəxtliyin rəsmi

Yaydı
Qaçdı-tutdu oynayan uşaqlarına baxır analar
Birazdan ata da gələcək
Əlində dolu zənbil


Axşambazarı

Yaydı
Yol qırağına düzülmüş meyvələr
Axşamçağı daha ucuza satılır

Şeş qoşa

Yaydı
Ağac altında nərd oynayan qocalar
Ömrün geridə qalan rəqəmlərinə baxıb
Təsəlli axtarır zərdə.

# 2445 dəfə oxunub

Müəllifin son yazıları

# # #