“Sənsiz” tamaşasının məşqlərinə başlanıldı

“Sənsiz” tamaşasının məşqlərinə başlanıldı
19 iyun 2023
# 12:30

Akademik Milli Dram Teatrında yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurbanovun “Sənsiz” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Teatrın Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, direktor vəzifəsini icra edən, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, uğurlar arzu ediblər.

Xalq artisti, görkəmli teatr rejissoru Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunacaq “Sənsiz”lə böyük sənətkarın unudulmaz xatirəsi anılacaq.

Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi "Sənsiz" tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənova və Könül Kərimovadır.

Yeni yaradıcılıq işində Xalq artisti Mehriban Zəki (Sevinc), əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) çıxış edəcəklər.

Tamaşanın premyerası oktyabr ayında olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 3 mart 2023-cü il tarixində Azərbaycanın görkəmli teatr rejissoru, dövlət mükafatları laureatı, tanınmış pedaqoq, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, orijinal yaradıcılıq dəst-xəttinə malik fitri istedadlı rejissor kimi Tofiq Kazımov Azərbaycan teatrının repertuarını yüksək bədii-estetik meyarlı səhnə əsərləri ilə daha da zənginləşdirib. Sənətkar özünün teatr məktəbini qurmağa müvəffəq olmuş və həmin məktəb ölkə teatrını irəli apararaq ona yeni nailiyyətlər qazandırıb. Tofiq Kazımov milli və dünya dramaturji irsinin diqqətəlayiq nümunələrinə müasirlik kontekstində verdiyi mükəmməl quruluşlarla mədəniyyət salnaməmizə parlaq səhifələr yazıb.

# 3998 dəfə oxunub

Oxşar xəbərlər

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

Kukla Teatrında növbəti premyera: "Aldanmış canavar"

16:43 14 may 2026
Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

11:23 12 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər