"Sehrbazlar dərəsi" tamaşasının premyerası olub

"Sehrbazlar dərəsi" tamaşasının premyerası olub
16 fevral 2025
# 18:43

Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), əməkdar artist Mətanət Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış edib.

Mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciəylə bitən sirli görüşündən bəhs edir.

Tamaşa həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər.

Tamaşanın növbəti nümayişi 27 fevralda olacaq.

# 3120 dəfə oxunub

Oxşar xəbərlər

“Yalnız mədəniyyət”  adlı musiqili tamaşa nümayiş olundu

“Yalnız mədəniyyət” adlı musiqili tamaşa nümayiş olundu

18:20 6 mart 2026
Valeh Kərimov uzun fasilədən sonra səhnədə

Valeh Kərimov uzun fasilədən sonra səhnədə

17:40 6 mart 2026
Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

Azərbaycanlı rejissorun tamaşası Moskva səhnəsində

16:30 6 mart 2026
Kuklaçılar premyeraya hazırlaşır

Kuklaçılar premyeraya hazırlaşır

15:00 6 mart 2026
Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

13:00 6 mart 2026
Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

Naxçıvan Dövlət Milli Dram Teatrının builki repertuar planı təsdiqləndi

11:13 6 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər