"Şahnamə" tamaşasının məşqlərinə başlanıldı

"Şahnamə"  tamaşasının məşqlərinə başlanıldı
15 yanvar 2025
# 11:31

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şahnamə" tamaşasının məşqlərinə başlanılıb

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan eyniadlı tamaşadır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, əsərin müəllifi İlqar Fəhmi tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəqiyyətlər arzu edib.

"Şahnamə"nin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkar Azər Hacıələsgərli, rejissor Səbinə Məmmədzadə, rejissor assisenti Fuad Cavadzadədir.

Tamaşada Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov, Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfərov, aktyorlar Mirsənan Kazımlı, Mətləb Abuşov, Bəhram Həsənov, Niyaz Qasımov, Kərəm Hadızadə, Aydın Dəmirov, Elşən Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov, Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov, Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli, Səbinə Məmmədzadə, Xalidə Əlməmmədova iştirak edirlər.

Dördhissəli tarixi-psixoloji dram olan "Şahnamə" tamaşası Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə gəlişindən, ölkə sərhədlərini genişləndirmək, ərazi bütövlüyünü qorumaq uğrunda apardığı döyüşlərdən, saraydaxili qanlı toqquşmalardan bəhs edir. Tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan Şah Abbas ömrünün son günlərində belə hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı, amansız qərarlar qəbul etməkdən çəkinmir.

# 3389 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər