Qazax Dövlət Dram Teatrı 86-cı mövsümü başa vurdu

Qazax Dövlət Dram Teatrı 86-cı mövsümü başa vurdu
17 iyul 2024
# 14:30

İyulun 13-ü Musa Eyyubovun Əli Əmirlinin “Onun iki qabırğası” komediyası əsasında quruluş verdiyi tamaşanın premyerasını təqdim edən Qazax Dövlət Dram Teatrı 86-cı mövsümünü başa vurub.

Kulis.az xəbər verir ki, iyulun 15-i Qazax Dövlət Dram Teatrında 86-cı mövsümün sona çatması ilə bağlı iclas keçirilib.

İclası teatrın direktoru vəzifəsini icra edən rejissor Allahverdi Musayev açaraq teatrın 86-cı mövsümdə gördüyü işlərlə bağlı ətraflı məlumat verib. O bildirib ki, sənət ocağı bu mövsümdə beş yeni tamaşa ilə teatrsevərləri sevindirib. Bura, rejissor Xəzər Gəncəlinin quruluş verdiyi məhşur türk yazıçı-dramaturqu Tüncer Cücenoğlunun “Dosye” və Turqut Özakmanın “Adət”, Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş rejissor Mirzə Nicatın quruluşunda yazıçı-dramaturq Jalə İsmayılın “Ametis xanım və Apatit bəy” pyesi əsasında hazırlanan “Love Butik”, teatrın baş rejissoru, əməkdar artist Musa Eyyubovun quruluş verdiyi yazıçı-dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” məişət komediyası əsasında hazırlanan eyniadlı tamaşalar daxildir. Eyni zamanda, kollektiv “Yeni il” ərəfəsində “Dəniz quldurlarının macəraları”, Novruz Bayramı günlərində “Keçəlin toyu” və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində İsgəndər Coşqunun “Çal, oyna” uşaq tamaşaları ilə azyaşlıları sevindirib. Allahverdi Musayev məzuniyyət günlərində də yaradıcılıq fəaliyyətini davam etdirəcəklərini vurğulayıb. O, payız aylarında ölkəmizdə keçiriləcək mono-tamaşalar festivalında iştirak üçün gənc yazıçı Şəbnəm Xeyrullanın “Arqon” əsərinin məşqlərinə başlanacağını bildirib.

Ardınca çıxış nitqinə teatrın baş rejissoru, əməkdar artist Musa Eyyubov başlayıb. O, sənət ocağının kollektivinin rayon tədbirlərində göstərdiyi fəallığı, BDU-nun Qazax filialı və ADA universitetinin Qazax Mərkəzi ilə qurulan əməkdaşlığı və müştərək işi xüsusi vurğulayıb.

Sonda teatrın aktyoru Aydın Orucov qısa zaman ərzində qazanılan uğurlara və görülən işlərə görə rəhbərliyə təşəkkür edib.

# 2988 dəfə oxunub

Oxşar xəbərlər

İrəvan teatrının bayram repertuarı

İrəvan teatrının bayram repertuarı

14:00 16 mart 2026
İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

İblisi harada axtarmalıyıq? - Mikayıl Ruhand

11:34 14 mart 2026
“Birinci akt”  tamaşasının premyerası oldu

“Birinci akt” tamaşasının premyerası oldu

14:40 13 mart 2026
“Aşkın yapay provası”  Azərbaycan səhnəsində nümayiş olunacaq

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

16:31 11 mart 2026
Milli Teatr Günü münasibətilə  tədbir keçirildi

Milli Teatr Günü münasibətilə tədbir keçirildi

10:13 11 mart 2026
“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

“YUĞ” səhnəsində “Master klass” - Səriyyə Salamova

11:17 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər