Milli Dram Teatrı: "Onlar tamaşanın afişası ilə bağlı mübahisə ediblər"

Milli Dram Teatrı:  "Onlar tamaşanın afişası ilə bağlı mübahisə ediblər"
8 aprel 2025
# 14:51

"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bədii şurasının aprelin 4-də keçirilən iclasında iki aktyor arasında müəyyən gərginlik yaranıb. Onlar tamaşanın afişası, rejissorun əsərə yanaşması və aktyor oyunu ilə bağlı mübahisə ediblər".

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından bildirilib.

Qeyd edilib ki, iclasda teatrın aktyorlarından ibarət Bədii Şura üzvləri iştirak edib:

"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bədii şurasının aprelin 4-də keçirilən iclasında iki aktyor arasında müəyyən gərginlik yaranıb.

Onlar tamaşanın afişası, rejissorun əsərə yanaşması və aktyor oyunu ilə bağlı mübahisə ediblər.

Hesab edirik ki, səhnə sənəti, tamaşa kollektiv əməyin məhsuludur və burada fərqli estetik baxışların eyni nöqtəyə gəlməməsi başadüşüləndir. Hazırda teatrda yaradıcı proses öz axarı ilə davam edir. Kollektiv tərəfindən üç yeni səhnə əsəri üzərində eyni anda məşq aparılır".

Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, Akademik Milli Dram Teatrının Bədii Şurasının iclasında Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Bu zaman mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nura hücum edərək ona yumruq atıblar. Bundan sonra Xalq artisti prokurorluğa müraciət edib.

APA-ya açıqlamasında məsələ ilə bağlı şərh verməkdən imtina edən Əli Nur teatrın bədii rəhbəri və direktoru ilə danışmağı tövsiyə edib.

APA isə öyrənib ki, insident barədə hüquq-mühafizə orqanlarına hələlik müraciət daxil olmayıb.

# 3014 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

Azərbaycanlı müəllifin pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi oldu

16:30 18 iyun 2026
“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

“Bir milyonluq fırıldaq” tamaşasının premyerası oldu

12:49 17 iyun 2026
Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

Elçinin "Cəhənnəm sakinləri" yeni təqdimatda

16:10 16 iyun 2026
Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

Səhnəyə pişik çıxdı - Şekspirin faciəsində "xoşbəxt sonluq"

12:34 12 iyun 2026
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa

16:23 11 iyun 2026
"Buratino" tamaşası Sumqayıtda

"Buratino" tamaşası Sumqayıtda

17:16 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər