"Lokomotiv və vaqonlar" gəlir

"Lokomotiv və vaqonlar" gəlir
8 iyul 2024
# 12:40

Azərbaycan Dövlət Kukla Teatrında daha bir səhnə işi tamamlanıb. Yeni tamaşa yerli müəllif Sevinc Elsevərin “Lokomotiv və vaqonlar” pyesi əsasında hazırlanıb.

Kulis.az xəbər verir ki, əsərə teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov quruluş verib. Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada uşaqlara köhnə qatar stansiyasındakı qoca və lovğa Lokomotivin timsalında xudbinlik və kobudluğun lazımsız xüsusiyyət olduğu, bu keyfiyyətlərin ətrafdakılar tərəfindən daim mənfi qarşılandığı göstərilir.

Günlərin bir günü deyingən Lokomotivdən bezən vaqonlar platformada peyda olan yeni Lokomotivin yanına gedirlər. Gənc və mehriban, nəzakətli və işgüzar yeni Lokomotiv onların çox xoşuna gəlir.

Təbii ki, köhnə dostlarını da unutmayan vaqonlar bununla qoca Lokomotivə yaxşıca dərs verirlər. Sonra yenidən onun yanına qayıdırlar. O da buna çox sevinir. Onlar birlikdə sevinclə sərnişinlərə xidmət etməyə davam edirlər.

Tamaşada Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Səriyyə Mansurova, Cavid Telman, Yasin Abbasov və Səbinə Məmmədova iştirak edir.

Premyera növbəti mövsümün əvvəlində gerçəkləşəcək.

# 2243 dəfə oxunub

Oxşar xəbərlər

“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

15:40 28 aprel 2026
Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər