"Ah, bu uzun sevda yolu” tamaşası Mingəçevirdə nümayiş etdirildi

"Ah, bu uzun sevda yolu” tamaşası Mingəçevirdə nümayiş etdirildi
30 may 2023
# 15:00

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

Kulis.az xəbər verir ki, sözügedən səfər çərçivəsində Akademik Milli Dram Teatrının kollektivi mayın 29-da “Ah, bu uzun sevda yolu” tamaşasını Mingəçevir Dövlət Dram Teatrında nümayiş etdirib.

Dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.

Rolları əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

# 4250 dəfə oxunub

Oxşar xəbərlər

“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər