Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."

Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."
25 fevral 2021
# 12:33

"Bir gün bu adamlar küçələrə tökülüşüb qarşılarına çıxan hər şeyi darmadağın edəcəklər".

Bu fikri Seymur Baycan meyxana izləyiciləri haqqındakı yazısında qeyd edib. Yazarın sözügedən mətnindən parçanı tədim edirik:

"Bütün dövrlərdə zövqsüz adamların sayı zövqlü adamların sayından qat-qat çox olub. Bu müstəvidə hər hansı formada qadağadan da söhbət gedə bilməz. Əgər qadağaların hökm sürdüyü, qapalı sovet hökumətinin zamanında adamlar o dövrün məhdud imkanları ilə ara mahnılarına qulaq asa bilirdilərsə, indiki, bu qədər imkanların olduğu zamanda hər hansı qadağa çox mənasız, yersiz görünər. Bütün bunları, xüsusən hər dövrdə zövqsüz adamların sayının zövqlü adamlarla müqayisədə qat-qat çox olduğunu nəzərə almaqla bərabər, yenə də deyə bilərik ki, öz aramızdır, dəyəsən elə bil proporsiya pozulmuş kimi görünür. Nəsə elə bil apokaliptik sifətlər çox görsənir. Bu da heç… Ola bilsin mövqeyimdə yanılıram (çox istərdim belə olsun), amma mənə elə gəlir ki, bu gün zövqsüzlükdən kəskin əziyyət çəkən adamlar həm də cəmiyyət, ətraf mühit üçün ciddi təhlükə mənbəyidir.

Yutubda meyxana deyişmələrinə baxın. Peçat söz eşitdikdə adamların etdikləri hərəkətləri diqqətlə müşahidə edin. Yutubdakı meyxana deyişmələrinin baxış sayı, peçat söz eşitdikdə adamların çıxardıqları səslər, etdikləri hərəkətlər, kriminal məzmunlu, aqressiya yağan sifətlər Azərbaycanda təhsilin öldüyünün, zövqsüzlüyün, səviyyəsizliyin meydan sulamasının bariz şəkildə göstəricisidir. Bir gün bu adamlar küçələrə tökülüşüb qarşılarına çıxan hər şeyi darmadağın edəcəklər"

azlogos.eu

# 2941 dəfə oxunub

Müəllifin son yazıları

# # #