Yan MakEvan: "Elektron oxucular dünyaya hakim ola bilməyəcək, kitab yaşayacaq..." - Müsahibə

Yan MakEvan:  "Elektron oxucular dünyaya hakim ola bilməyəcək, kitab yaşayacaq..." - Müsahibə
20 may 2023
# 15:00

Kulis.az "Buker mükafatı" sahibi Yan MakEvanın müsahibəsini təqdim edir.

(Yan MakEvan 21 iyun, 1948-ci ildə İngiltərədə anadan olub. Uşaqlığının çox hissəsini Şərqi Asiya, Almaniya və Şimali Afrikada keçirib. Ali təhsil alandan sonra Malkolm Bredbörinin rəhbərlik etdiyi "Yaradıcı yazıçılıq kursu"nun ilk məzunlarından biri olub.

1999-cu ildə Şekspir mükafatına layiq görülüb. 2000-ci ildə Britaniya Cəngavər Mükafatı ilə mükafatlandırılıb. 15-ə yaxın roman, 2 uşaq kitabı, onlarla pyes, film ssenarisi, qısa hekayə müəllifidir).

- "Kaş ki, mən yazmış olaydım", dediyiniz kitab var?

- Tomas Mannın "Venesiyada ölüm"ü. O qədər böyük, güclü və qısadır ki...

- Sizcə, iyirmi beş il sonra sizin iş sahəniz necə olacaq?

- Çoxlu qrafik romanlar olacaq. Elektron oxucular dünyaya hakim ola bilməyəcək. Kitab yaşayacaq. Ədəbi-bədii ədəbiyyat dar çərçivədə davam edəcək. Hamımız "nəşriyyat sahəsində pis günlər keçiririk", "amerikalıları Bukerə daxil etməklə səhv etdik", "gənclər roman oxumağa fokuslana bilmir" deməyə davam edəcəyik. Parlaq zəkalı, bu günlərdə ibtidai məktəbə yenicə qədəm qoyan bir adam çıxıb androidlər haqqında roman yazacaq və androidlərə nə üçün insan hüquqlarının, hüquqi müdafiənin verilməsini izah etməklə dünyanı heyrətə gətirəcək.

- 100 ildən sonra müasirlərinizdən hansı oxunacaq?

- Filip Rot. Oxucular ondan XX əsrin bütün bəlalarını və problemlərini öyrənə biləcəklər. Onun komik şedevrləri bu xüsusiyyətləri saxlayacaq. Əgər işlər daha pis getsə, iyirmi ikinci əsrdə yaşayanlar Rotun Amerika faşizmi haqqında hekayələrini oxuyanda ağızları açıq qalacaq.

- Sizcə, hansı müəllif və ya kitab düzgün qiymətləndirilməyib? Səbəbi nədir?

- Ostin Raytın "Toni və Syuzan" romanı. Roman oxumaq haqqında triller janrında maraqlı əsərdir. Raytın qoyduğu pis başlıq oxucuları uzaqlaşdırıb. Bu əsər əsasında "Gecənin heyvanları" adlı triller çəkildi, ümid edirəm, bu filmin sayəsində daha çox oxucu kitabı kəşf edəcək.

- Sizcə, hansı müəllif və ya kitab həddindən artıq şişirdilib? Səbəbi nədir?

- Qrem Qrinin "Materiyanın mahiyyəti" romanı. Öz hiylənizi Allaha həvalə etmək pis fikirdir.

- İstənilən vaxt və yerdə yazar ola bilsəydiniz, nə vaxt və harada olardınız?

- XVII əsrin sonlarında Londonda. İngilis Maarifçiliyinin qəhrəmanları Nyuton, Flamsted, Boyl, Huk və başqaları ilə qəhvə içmək şansım olardı. Bəlkə də Kraliyyət Cameəsində Samuel Pepislə qarşılaşardım.

- İllər ərzində yazdıqlarınıza bir dəyişiklik edə bilsəydiniz, bu nə olardı?

- İlk kitabım olan "İlk sevgi, son mərasimlər"dən etibarən yazdığım bütün dəbdəbəli vergülləri atıb yerinə nöqtə qoyardım. Həmçinin, paraqrafların uzunluğunu daha məqbul saxlayardım.

- Ən sevdiyiniz fantastik personaj?

- Emma Bovari - nə olduğu, nə də etdiyi hər hansı bir şeyə görə deyil, yazıq obrazdır, amma yaradıcısının yaratdığı bütün povest sadizmi üçün, xəttdən kənara çıxmaq üçün çəkdiyi bütün ağrılara görə.

- Bir az da "özünü biabır etmə oyunu" oynayaq. Oxumadığınız ən məşhur kitab, izləmədiyiniz ən məşhur tamaşa, dinləmədiyiniz ən məşhur albom, baxmadığınız ən məşhur film hansıdır?

- Corc Eliotun "Daniel Deronda" romanını, "Periklı" tamaşası, "Bee Gees" qrupunun mahnıları, "Üzüklərin əfəndisi", "Hobbitlər", "Harri Potter" seriyası, "Taxt-tac oyunları"na baxmamışam.

- Gizli istedadınız var?

- Bəzən yaxşı yemək bişirirəm.

Sürətli suallar:

- Corc Eliot, yoxsa T.S.Eliot?

- T.S.Eliot.

- Modernizm, yoxsa post-modernizm?

- Modernizm.

- Ceyn Ostin, yoxsa Şarlotta Bronte?

- Ostin.

- Kamyu, yoxsa Sartr?

- Kamyu.

- Prust, yoxsa Coys?

- Coys.

- Karl Uve Knausqor, yoxsa Elena Ferrante?

- Karl Uve Knausqor.

- "Hamlet", yoxsa "Bir yay gecəsi yuxusu"?

- "Hamlet".

- Brem Stoker, yoxsa Meri Şelli?

- Şelli.

- Treysi Emin, yoxsa Cef Kuns?

- Kuns.

# 2800 dəfə oxunub

Oxşar xəbərlər

Düyü tarlalarından qlobal isyana -  “Bella Ciao”nun əsl tarixi

Düyü tarlalarından qlobal isyana - “Bella Ciao”nun əsl tarixi

18:00 16 iyul 2026
Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

Bottiçellinin ilham pərisinin ölüm sirri açıldı

14:10 16 iyul 2026
Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

Şah Abbasın əsiri olan gürcü kraliçasına əsər həsr edən şair kim idi?

12:30 16 iyul 2026
Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

Bir nəslin inqilab himni - "Smells Like Teen Spirit" necə yarandı?

17:33 15 iyul 2026
Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

Sındırılmış qəlblərin himni - "Hallelujah" mahnısının unudulmaz tarixi

15:30 14 iyul 2026
Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

Müharibədə hamilə qalan qadın, tarixi saxtalaşdıran "böyük qardaş" - SSRİ-də senzuraya məruz qalan kitab və filmlər

15:06 13 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər