İsa Muğannanın qızı: “Atam pyes yazmayıb, amma...

İsa Muğannanın qızı: <span style="color:red;">“Atam pyes yazmayıb, amma...
2 sentyabr 2015
# 13:10

Xalq yazıçısı İsa Muğannanın əsərlərinin səhnələşdirilməsi ilə bağlı yazıçının qızı Sevinc Muğanna ilə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov arasında açılan polemika davam edir.

İ.İsrafilovun axar.az saytına söylədiyi “İsa Hüseynovun pyesləri yoxdur” fikrinə aydınlıq gətirən Sevinc xanım Kulisə bunları söylədi:

“Mən uşaq olanda “Teleqram” povestini səhnə üçün işləyib Mingəçevir Teatrında səhnələşdirmişdilər. Bakıya qastrola gəlib Gənc Tamaşaçılar Teatrının səhnəsində də oynadılar. Çox maraqlı alınmışdı. Deməyim odur ki, İsa Muğannanın əsərlərini səhnə üçün işləyən, bu işi boynuna götürən bir adam olsa çox yaxşı olar. İllah da qarşıdan 90 illik yubileyi gəlir. Hətta əsərlərindən bəzilərinin ssenariləşdirilib filmə çəkilməsi də arzu olunandır. Təəssüf ki, mən özüm bu işlə məşğul olmaq imkanında deyiləm.”

S.Muğanna onu da bildirdi ki, İsa müəllim heç vaxt pyes yazmayıb. Amma əsərlərinin dramaturji yükü onları asanlıqla səhnə üçün işləməyə imkan verir.

# 1945 dəfə oxunub

Oxşar xəbərlər

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

"Yazıçı öz həddini və yolunu bilirsə, işin yarısını görüb deməkdir..." - Müzakirə

12:00 1 aprel 2026
Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

Ayın narkoman röyasında sənin baxışlarını yaxalamağa çalışırlar... - Təbrizli şairin şeirləri

15:00 31 mart 2026
Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

Xalq yazıçısı Anar orada tək oturmayıb... - FOTOYADDAŞ

14:37 31 mart 2026
Rikoşet - Vüqar Vanın yeni hekayəsi

Rikoşet - Vüqar Vanın yeni hekayəsi

12:00 31 mart 2026
"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

"Təslim olma, çətinliklərdən keçməyin yeganə yolu budur..." - Məşhur ingilis yazıçıdan aforizmlər

12:00 30 mart 2026
Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

Nə üçün? - Süleyman Sani Axundovun hekayəsi

15:00 29 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər