Gənclərin III Ümumrespublika Teatr Festivalının qalibləri elan olundu

Gənclərin III Ümumrespublika Teatr Festivalının qalibləri elan olundu
2 aprel 2015
# 21:20

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclərin III Ümumrespublika Teatr Festivalının bağlanış mərasimi keçirilib. Kulisin məlumatına görə ilk olaraq festivalın ideya müəllifi, millət vəkili Jalə Əliyeva çıxış edib.

O, ilk festivalın mövzusunun Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilən vətənpərvərliyə, ikinci festivalın ekologiyaya, bu il isə narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizəyə həsr olunduğunu xatırladaraq, gənclərin diqqətini bu mövzularda düzgün istiqamətləndirmək istədiklərini söylədi.

Daha sonra çıxış edən millət vəkili Elmira Axundova da mövzunun aktuallığını diqqətə çatdırdı: “Bilirsiniz ki, mən prezident yanında əfv komissiyasının üzvüyəm. Əlimin altından 20 mindən artıq ərizə keçib. İnanın ki, əfv ərizələrinin 50-60 faizi narkotikadan dolayı baş verən cinayətlərdir. Narkomaniya ağır cinayətdir. Hətta biz də bu ağır cinayətləri əfvə daxil etməməyə çalışırıq. Bu baxımdan festivalın bu dəfəki mövzusu çox təəssüf ki, getdikcə daha da aktuallaşan bir mövzudur”.

Festivala informasiya dəstəyi göstərən APA Holdinqin prezidenti Vüsalə Mahirqızı çıxışında təçkilatçılara uğurlar arzulayaraq gələcəkdə də onlarla bərabər olacaqlarını söylədi.

Münsiflər heyətində təmsil olunan Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Sənubər İsgəndərli, Hüsniyyə Mürvətova, Nicat Kazımov və Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov çıxış edərək tamaşalar haqqında fikirlərini söylədilər. Gənclər tərəfindən hazırlanmış tamaşa və kompozisiyalar, mahnılar teatrsevərlərə təqdim olundu.

Daha sonra mükafatlandırma mərasimi başladı. Qran Pri mükafatına “Həyatımı qaraldan ağ” əsərinə görə Gülnarə Əhmədli sahib oldu. İkinci yerin qalibi “Ruhun qəfəsi” əsərinə görə Qorqud Cəfərli seçildi. “Gözləri yummaq” tamaşasının müəllifi Elçin Aslangil isə üçüncü yeri əldə etdi.

Festivalın şərtlərinə görə, Qran Pri mükafatçısı 3min manat, ikinci yerin qalibi iki min manat, 3-cü yeri qazanmış gənclər isə min manat pul mükafatı ilə, həmçinin diplom və xüsusi mükafatlarla mükafatlandırıldılar.

“Ən yaxşı aktrisa” nominasiyasında mükafata Nurbəniz Zülfəliyeva, “Ən yaxşı aktyor” nominasiyasında mükafata Qorqud Cəfərli və “Ən yaxşı ssenari” nominasiyasında mükafata Elçin Aslangil sahib olub. Həvəsləndirici mükafatın sahibi isə Ayla Qasımova olub.

Qeyd edək ki, festivalda paytaxtla yanaşı əyalətdən də olmaqla 12 truppa iştirak edib. Ümumilikdə 12 yaradıcı komandanın iştirak etdiyi festivalda 8 peşəkar və həvəskar teatr kollektivi, eləcə də Şamaxı, Ucar, İmişli, Naxçıvanı təmsil edən 4 truppa 3 gün ərzində 12 tamaşa ilə Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış ediblər.

Bağlanış mərasimi festival iştirakçılarının prezident İlham Əliyevə ünvanladıqları açıq məktubun oxunması ilə bitib. Məktubda gənclər “Bura Vətəndir” adlı Avropa Gənclərinin I Beynəlxalq Teatr Festivalına start verilməsi arzusunda olduqlarını bildiriblər.

# 1969 dəfə oxunub

Oxşar xəbərlər

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

17:30 27 avqust 2026
Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan  “Zamanın müdriklik alleqoriyası”

Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan “Zamanın müdriklik alleqoriyası”

13:10 27 avqust 2026
Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

"Qəlbim döyünməyə davam edəcək...” - Məşhur "My heart will go on" necə yarandı?

16:00 25 avqust 2026
Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

Zəhmətin işıqlı tərənnümü - Xalidə Səfərovanın "Xalça toxuyanlar"ı

14:20 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər