“Yeyəsən qaz ətini, görəsən ləzzətini”nin premyerası olub

“Yeyəsən qaz ətini, görəsən ləzzətini”nin premyerası olub
24 may 2017
# 16:45

“Mizan” Tələbə Dram Dərnəyinin Əbdürrəhim bəy Haqverdiyevin əsəri əsasında hazırladığı “Yeyəsən qaz ətini, görəsən ləzzətini” tamaşanın premyerası olub. Kulis.azın məlumatına görə premyera Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Dövlət Pedaqoji Kollecində baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyi 2017-ci ilin martında Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılıb. Dərnəyin bədii rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilk Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır.

Premyerada Pedaqoji Kollecin direktoru Qulu Novruzov, müəllim və tələbə kollektivi, media nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın Kollecin müəllim və tələbələri arasında razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb.

Layihənin koordinatoru Ramilə Qurbanlı “Mizan” Tələbə Dram Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək qısa zaman ərzində tələbələrin səhnə əsərini ərsəyə gətirmələrini təqdir etdiyini dilə gətirib.

Dərnəyin bədii rəhbəri, tamaşanın rejissoru əməkdar artist Məmməd Səfa deyib ki, teatr toplu, sintetik sənət növü olduğu üçün müxtəlif ifadə vasitələrinə malikdir. Burada bədii üsullar, saysız-hesabsız kombinasiyalar və müxtəlif tətbiq formaları mümkündür. Teatrın kollektiv yaradıcılıq təbiətinin burada toplaşanlardan fikir və iş birliyi, vahid istiqamətli maarifləndirici qüvvə tələb etdiyini vurğulayan Məmməd Səfa “Mizan” Tələbə Dram Dərnəyininin üzvlərinin məşqlərdə həvəslə iştirak etdiklərini bildirib.

Tələbələrin ifasında göstərilən tamaşa izləyicilərin böyük marağına səbəb olub, həvəskar aktyorlara Bilik Fondunun təşəkkürnamələri təqdim olunub.

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatının təbliği və tanıdılması ilə bağlı silsilə layihələr, tədbirlər, görüşlər həyata keçirilir.

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

Anasının portreti ilə dünyanı fəth edən dahi - Ceyms Vistler kimdir?

13:20 11 iyul 2026
Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

Gözləri tutulandan sonra ən məşhur tablolarını yaratdı - Dahilərin müəllimi haqqında

11:30 10 iyul 2026
Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

Dünyanın ən qanlı tablosunun arxasında gizlənən qadın faciəsi

17:16 8 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

Azərbaycanı SSRİ-dən ayırmaq istəyən yazıçının dəhşətli taleyi - O, Səməd Vurğuna gizli məktubunda nə yazmışdı?

10:00 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər