Gülməli olduğuna görə qadağan olunan film LAYİHƏ

Gülməli olduğuna görə qadağan olunan film <span style="color:red;">LAYİHƏ
2 may 2015
# 11:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində alman və amerikalı rejissor Ernst Lubiçin “Olum ya ölüm” komediyasını təqdim edir.

Ernst Lubiç 1893-ci ildə Berlində kommersant ailəsində doğulub. Gimnaziyanı bitirəndən sonra atası onu öz firmasında işləməyə məcbur edir. Bu iş onun ürəyincə deyildi və o, imkan tapdıqca xəlvətə çəkilib ədəbiyyat oxuyurdu.

Lubiç atasına aktyor olmaq istədiyini deyəndə, belə cavab almışdı: “Sən teatrda işləmək istəyirsən? Yaraşıqlı olsaydın etiraz eləməzdim. Amma bu sir-siftələ?”.

Amma atası yanıldı.

Lubiç uğurlu rollar oynadı.

Kinoda debütünü aktyor kimi edən rejissor eyni xarakterli rolları oynamaqdan bezərək özü filmlər çəkməyə başladı. 1918-ci ildən 1922-ci ilə qədər Almaniyada böyük uğur qazanan “Madam Dübarri”, “Fironun arvadı”, “İlbizlərin ıahzadəsi”, “Alov” filmlərini ekranlaşdırdı.

Sonralar Hollivuda gedən, Lubiçə uğur gətirən ilk film “Nikah” olur. Film ailədə bəxti gətirməyən məkrli qadının yaxın rəfiqəsinin ailəsini dağıtmasından bəhs edir.

Sonrakı filmlər ilə də onun Hollivudda nüfuzu artır.

“Məni yenidən öp” (1925) filmində başqasına aşıq olan ərli qadının əhvalatı danışılır.

Bir neçə Oskara nominant olan “Vətənpərvər” (1928) dramı rus çarı Birinci Pavelin həyatını anladır.

“Səninlə bir saat” (1932) musiqili komediyası məhəbbət üçbucağı haqda klassik hekayədir.

Hollivud dövründə Lubiçin çəkdiyi filmlərdə bəzək düzəkli salonlarda keçən həyat təsvir edilir. O, eyni zamanda kinoda caz tematikasının əsasını qoyanlardan biridir.

Onun filmləri yüngüllüyü, komikliyi, ekzotikliyi ilə fərqlənirdi. Peşəkar kino təhsili olmayan Lubiç kinonun inkişafına təsir eləyib və öz üslubunu yaradıb. Kino tarixində “Lubiç manerası”, “Lubiç tərzi” kimi ifadələr yarandı.

O, obrazları açmaq üçün ironik yanaşma, hadisələrin inkişafında gözlənilməz gediş edir, yüngül atmosfer yaradır, tamaşaçını intriqaların iştırakçısına çevirirdi.

Rejissor deyirdi: “Mən tamaşaçıya öz təxəyyülünü istifadə etməyə imkan verirəm. O, əgər mənim fikrimi səhv şərh edirsə, ona kömək edə bilərmmi?”

Məşhur fransız rejissoru Fransua Trüffo onun komediyalarını hər dəliyi gülüş doğuran İsveçrə pendiri adlanıdırırdı. Onun komediyalarında fars janrının qabalığı Vyana operettalarının zərifliyi ilə qarışır. Komediya fəndi olan geq (geq- zarafat, komik epizod deməkdir, onun əsasında qabarıq görünən cəfəng hərəkət dayanır. Məsələn, yanğın zamanı bir adamın xəlbirlə su daşımağı geq adlanır) modern teatrla birləşir.

Lubiç çəkilişlərdə ən xırda detallara belə diqqət yetirirdi.

O, 1947-ci ildə, 54 yaşında Hollivudda infarktdan ölüb.

Layihədə rejissorun 1942-ci ildə çəkdiyi, kino tarxinin ən yaxşı antifaşist filmlərindən sayılan “Olum, ya ölüm” komediyasını təqdim edirik.

Süjet: 1939-cu ilin Varşavasında teatrda “Gestapo” adlı tamaşa qoyulur. Tamaşanın əsas personajlarından biri Hitlerdir. Amma bu antinasist pyes qadağan edilir. Və onlar “Hamlet”i oynamalı olur. Varşavanın işğalından sonra teatr bağlanır, aktyor truppası isə faşistlərə qarşı tamaşa xarakterli mübarizədə təhlükəli oyuna cəlb olunur.

Film ekranlara çıxandan sonra qalmqallarla müşayiət olundu. Rejissoru Polşanın işğalı zamanı baş verən reallıqları bilməməkdə günahlandırdılar. Digər mübahisə doğuran məqam rejissorun faciəli hadisəni komediya kimi çəkməsi idi.

Yalnız 20 il sonra filmə Polşa prokatında izn verildi.

Baş rolu oynayan Cozef Benninin atası filmin nümayişində oğlunu alman zabiti formasında görəndə elə sarsılıb ki, kinozalını tərk etmək istəyib.

Digər baş rol ifaçısı Kerol Lombardın qəhrəmanı “Axı, təyyardə nə baş verə bilər” ifadəsi, aktrisanın təyyarə qəzasında həlak olmasından sonra montaj edilib.

Film Oskara nominant olsa da mükafat almayıb.

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

14:30 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər