Beynəlxalq Musiqi Festivalının proqramı açıqlandı

Beynəlxalq Musiqi Festivalının proqramı açıqlandı
8 sentyabr 2016
# 15:39

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 27-dək Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir bəy və ulu öndər Heydər Əliyevin məzarları ziyarət ediləcək, Milli Konservatoriyanın qarşısında, daha sonra Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində güllələnmiş abidələr ziyarət olunacaq və tədbir Bakı Musiqi Akademiyasının qarşısında dahi bəstəkarın abidəsi önündə davam edəcək. Sentyabrın 18-də isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.

On gün ərzində M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan tanınmış musiqiçilər və kollektivlər – “Orfeon” xoru, Gürcüstan kamera xoru, Piter Laul, Ü.Mahmudbəyli, K.Moskoviç, R.İsmayılova, Haqai Şaham, Elnarə Kərimova və başqaları iştirak edəcəklər.

Festival çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illiyinə həsr olunmuş yubiley tədbiri, Muzey Mərkəzində “Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimat mərasimi keçiriləcək. /AzərTac/

# 1201 dəfə oxunub

Oxşar xəbərlər

"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

"Əyləndiyi adamları xüsusi “işgəncə” ilə öldürməkdən zövq alırdı" - Romanın ən əxlaqsız imperatoru kim idi?

12:00 15 may 2025
"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

"Mən bir Stalindən, bir də anamdan qorxuram" - O niyə özünə qəsd etmişdi?

17:00 13 may 2025
Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

Hüseyn Cavidin şagirdi, Heydər Əliyevin müəllimi - Məcid Rəşadətoğlu

09:00 12 may 2025
Şir - Yevgeni Zamyatinin hekayəsi

Şir - Yevgeni Zamyatinin hekayəsi

10:00 11 may 2025
Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

Çexovu yaradan xalq yoxa çıxıb… - Fəxri Uğurlu

09:00 10 may 2025
Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

Qatilə görə məşhurlaşan yazıçı - Murad Köhnəqala

12:00 9 may 2025
#
#
# # #