Kitab sərgisi

Kinematoqrafçılar İttifaqı çağırış etdi

 Kinematoqrafçılar İttifaqı çağırış etdi
2 fevral 2016
# 13:49

Azərbaycan Kinematoqrafçılar İttifaqından verilən məlumata görə Eurimages təşkilatı Avropa İttifaqının kino dəstəklənməsi fondudur. Layihələrin Avropaya inteqrasiyası cəhətdən əhəmiyyəti misilsizdir. Gürcüstan artıq 5 ildən artıqdır təşkilatın üzvüdür və bu üzvlük Gürcüstan kinosuna maliyyə dəstəyinin cəlb edilməsində və gürcü kinosunun xarici festivallarda iştirakına yaşıl işıq yandırıb. Gürcü kinematoqrafçıların bildirdiyinə görə bu təşkilatın üzlük haqqı 150000 avro artıqlaması ilə özünü doğruldub.

Fondun üzvü olan ölkələr birgə layihələr istehsal edir və istehsal olunan filmlər hər üç ölkənin milli məhsulu olur və hər üç ölkə həmin filmin yayımı ilə məşğul olur. Bu da öz növbəsində həmin filmin maliyyə xərcləri özünü doğruldur və qazanc gətirir. Azərbaycan prezidentinin 2007-ci ildə təsdiq etdiyi “2008-2018-ci illər kinonun inkişafı Dövlət Proqramın”da bu təşkilata üzvlük həyata keçirməli tədbirlər sırasındadı. Amma üzvlük hələ də reallaşmayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Katibi Əli İsa Cabbarov bildirir ki, 2016 yanvar ayından Ermənistan Eurimages–in üzvüdür: “Bu üzvlük Ermənistan kinosunun onsuz da yaxşı olan beynəlxalq əlaqələrini artıracaq. Biz adı çəkilən respublika ilə təkcə hərbi konfliktdə yox, həm də informasiya müharibəsindəyik və onların bu fonda üzvlüyü bizim mövqelərimizi zəiflədəcək, xüsusi ilə Qarabağ mövzulu filmlərin beynəlxalq arenaya çıxarılması, bu problemə baxışlarımızın təbliğatı məsələsində bizim fonda üzv olmamağımız bizim üçün təhlükəlidir. Azərbaycanın fonda üzvlük məsələsi təcili həll edilməsə informasiya müharibəsində zərbələr alacağıq. Bu fonda üzv olsaydıq Azərbaycanı xaricdə uğurla təmsil edən “Nabat” və “Axınla aşağı” filmlərini Avropa ölkələri ilə birgə istehsal formatında istehsal etmək olardı. Və nəticə olaraq Azərbaycan dövləti maliyyəyə qənaət edərdi və filmlərin festival uğurları iki qat artıq olardı. Bu ilin maliyyə problemləri fonunda bu təşkilata üzvlük filmlərin istehsalını dövlətə 60-70 % ucuzlaşdırardı, həm istehsal olunan filmlərin sayı çoxalardı, həm də gəlirlilik təmin olardı. Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq aidiyyatı olan rəsmi orqanları Azərbaycanın bu fonda üzvlüyünü təmin etməyə çağırırıq. Əks halda yenə informasiya müharibəsində yeni zərbələr ala bilərik.”

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər