Sonuncu mogikanın aforizmləri: Azadlıq "qismən" verilmir

Sonuncu mogikanın aforizmləri: Azadlıq "qismən" verilmir
18 iyul 2019
# 21:00

Bu gün Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandelanın doğum günüdür. Kulis.az bu münasibətlə Mandelanın həyatdan öyrəndiklərini təqdim edir.

Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.

Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan – qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.

Afrika musiqisinin möcüzəvi gözəlliyi ondadır ki, o, kədərli əhvalatı belə sənə şən təqdim edir. Sən kasıb ola, qutulardan qurulan evdə yaşaya, işini itirə bilərsən, bax, onda bircə bu musiqi sənə ümid verər.

Image result for Nelson Mandela

Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.

Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.

Azadlıq “qismən” ola bilməz.

Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər, ona görə mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi.

Related image

Çətinliklər və səfalət bəzilərini məhv etsə də, başqalarını yaradır.

İnsan doğulanda ürəyində kiməsə rənginə, irsinə və dininə görə nifrətlə doğulmur. İnsanlar nifrət etməyi sonradan öyrənirlər, ona görə də həmin adamlara sevməyi öyrətmək lazımdır, çünki sevgi insan qəlbinə daha doğma hissdir.

Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.

İnsanla başa düşdüyü dildə danışanda, sən onun beyni ilə danışırsan. Öz dilində danışanda, sən onun ürəyi ilə danışırsan.

Heç vaxt yıxılmamaq – həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.

Dünən mənə terrorist deyirdilər, amma həbsxanadan çıxandan sonra çoxları, o cümlədən düşmənlərim də məni qəbul eləməyə məcbur oldular. Ümumiyyətlə, azadlıq uğrunda vuruşanların çoxunu terrorist adlandırırlar. Məncə, kiminsə kimisə terrorizmdə ittiham etməyi hansı tərəfin qalib gəlməyindən asılıdır.

Related image

Bir nəfər mənim haqda belə demişdi: “Doğulanda adı Polixlaxla (“əsən ağaclar” mənasını verir) idi, sonra o, Nelson Mandela oldu və dünyanı sarsıtdı”. Mənim bu cür təqdimatlardan xoşum gəlmir. İstəyirəm ki, hamı məni Mandela kimi tanısın, hamı kimi zəif cəhətləri olan Mandela.

Ən diqqətsiz insana belə məlumdur ki, ABŞ dünya üçün təhlükədir.

Unuda bilmərəm, amma bağışlaya bilərəm.

Müntəzəm tibbi müayinədən keçməyi sevirəm. Çox vaxt da həkimlərdən bu sözü eşidirəm: “Cənab Mandela, bu həftə də ölməyəcəksiniz!”

Mənbə: “Esquire” jurnalı

# 8519 dəfə oxunub

Oxşar xəbərlər

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

50 mindən çox əsər yaratdı, kommunistlərə qoşuldu, şeir yazdı... - XX əsrin dahi rəssamı haqqında maraqlı faktlar

16:00 8 aprel 2026
"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

14:10 7 aprel 2026
Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

Uşaqlıqda cinsi zorakılıqla üzləşdi, əsərləri qadağan edildi... - Prezidentin andiçmə mərasimində şeir oxuyan ilk afroamerikalı qadın yazıçı

15:00 5 aprel 2026
"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

"Sən demə, ata öz arvadı ilə yenidən nikah bağlamaq üçün..." - Professor "Lal ev"dən yazdı

12:00 5 aprel 2026
"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

"Səni sevmək başqa birinə sillə vurmaqdı" - İlham Qəhrəmanın şeirləri

15:00 4 aprel 2026
"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

"Hökmdə ağamsan, darda kənizim..." - Əfsanə Rəvanın yeni şeirləri

17:00 3 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər