Qardaşlarını oxutmaq üçün bədənini satan qadın

Qardaşlarını oxutmaq üçün bədənini satan qadın
7 sentyabr 2019
# 11:04

Son günlər içimdə bədbin, ümidsiz hisslər yaranmışdı. İçimdən ata bilmirdim, qusa bilmirdim ki, içim hüzura qovuşsun. Monoton gecələrin birində sənədli bir filmə baxdım. Fotoqraf, jurnalist Yan Artyus-Bertranın lentə aldığı “İnsan” adlı sənədli filmi içimi darmadağın elədi. Yaşadığım həyat, hisslərim təzələndi. Utandım özümdən.

Mən nəyə üzülürəm? Nədən şikayət edirəm? Buna haqqım varmı? – deyə özümə suallar verdim. İzlədiyim insanların hekayələri sarsıtdı məni. İnsan necə də böyük xəzinə imiş… Necə də kəşf olunmağı gözləyən varlıqdır…

Müəllif “İnsan”da insan olmağı, kainatımızdakı mövüzəvi gözəllikləri və insanların toplu halda yaşadıqlarını inanılmaz bir vizual görsəllə və duyğusal hekayələrlə bizlərə çatdırır. Çatdırır ki, ey insan sən də insansan. Və həyatda nələr edə bilərsən! Sən canlıların ən güclüsü və ən ağıllısısan!

Üç ildə tamamladığı sənədli film fərqli ölkə, dil, din və mədəniyyətlərdən təxminən iki min insanla, həyatlarındakı ən vacib, heç unuda bilmədikləri hekayələrini biz insanlara danışırlar. Sevgi, ailə, şiddət, yoxsulluq və sosial ədalət kimi mövzulardan bəhs edən hekayələr, dünyadakı həyat mübarizəsinin nə qədər çətin, həm də nə qədər gözəl olduğunu bizlərə çatdırır.

Hazırki əsas şəkil

Sözü verək Artyus-Bertrana:

“Bir insan keçdiyi ömür qatarında nüfuzu 2 milyarddan 7 milyarda çıxan dünyamızın içində olduğu vəziyyət məni çox qayğılandırır. Çünki dünya nə olursa olsun ayaqda qalır. Mən əsil insanlığın gələcəyi üçün narahatam.”

“İnsan” sənədli filmi bizə insan olmağımız nə anlama gəldiyini ən sadə dillə göstərir. Elə hekayələr var ki, məni heyrətləndirdi, bəziləri isə hönkürtdü.

İnsanları bölən yetəri qədər şeylər var dünyada, din, siyasət, tarix və millətçilik kimi. Əgər mədəniyyət nəyəsə qadirdisə, o da bizim hamımızı birləşdirən dəyərləri tapmasıdır. Və insanları birləşdirən o qədər şeylər var ki. Fərqi yoxdur, sən kimsən, yaxud mən kiməm, əgər sənin dişin ağrıyırsa ya da mənim, hər bir halda bu eyni ağrıdır. İnsanları bir-birinə bağlayan hisslərdir, çünki "sevgi" sözünün mənası hamı üçün eynidir. Ya da "qorxu" və yaxud "əzab". Biz hamımız eyni cür və eyni şeylərdən qorxuruq. Və hamımız da eyni cür sevirik. Ona görə də mən bu cür şeylər haqqında danışıram, çünki qalan başqa şeylərdə bölünmə görürəm.

Film həm də bizə bu mesajı verir: bəşəriyyəti, insanlığı sevgi xilas edəcək. İndi sizə bir-iki hekayəni danışım.

Afrikalı bir kişi danışır: “Bu il yağışlar yağmadı, quraq keçdi. Evdə yeməyə heç nəyimiz qalmayıb. Uşaqlarım acından ölür. Hamımız evdə ölümü gözləyirik. Həyatımız bitib. Hər şey bitib”.

Ekranda qoca, ağbəniz bir kişi danışır: “Sevgimi? Mənim heç vaxt sevgilim olmadı, sevginin nə olduğunu bilmirəm, heç yaşamadım. Rəqs edə bilmirdim, öyrənmək istədim, bacarmadım”.

Bu kişi əsl roman personajıdır. Ömrü boyu sevgilisi olmayıb, necə də ağırdı...

Xoşbəxtliyin, o gün yemək tapmaq və işığın gəlməsi olduğunu söyləyən insan, qızının qatilini bağışlayan ata, ölməkdən qorxmuram deyən Suriyalı uşaq, ağır şərtlər altında işləmək məcburiyyətində qalan qadın, qardaşlarını oxutmaq üçün bədənin satan bacı məni ən çox parçalayan hekayələr idi. Dünyanın digər nöqtələrində sözün həqiqi mənasında insanlar aclıqdan ölür. Belə xəbərləri hər gün eşidirik.

Başqa ölkələrdə ən gözəl məktəblərdə və əllərində son model texnoloji cihazlar varkən niyə başqa millətdən bir uşaq ölüm, savaş və vətən haqqında düşünsün ki? Uşaqlar ölür, başqa sözə nə hacət?

Çoxdu belə hekayələr, hamısını sizə danışsam izləməzsiniz. Bu yerdə sözləri dayandırıram. Gedin, elə bu dəqiqə “İnsan”ı izləyin.

# 4329 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər