Teatr yeni mövsümü Avropa İttifaqı ilə açıb

Teatr yeni mövsümü Avropa İttifaqı ilə açıb
25 sentyabr 2017
# 12:41

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı üçün 138-ci mövsümün açılışı Avropa İttifaqı Azərbaycan Nümayəndəliyi ilə əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən “Avropa İttifaqı Avtobus Turu-2017” layihəsi çərçivəsində silsilə tədbirlərdə iştirakla yadda qalıb.

Teatrdan Kulis.aza verilən xəbərə görə, açılışın ilk günü, sentyabrın 20-i Teatr Studiyasının tələbələri səhnələşdirilmiş üç Avropa nağılının oxusu üçün Qax şəhərində, kiçik yaşlı şagirdlər qarşısında çıxış ediblər. Axşam isə Şəki Dövlət Daram Teatrında H.X.Andersonun nağılı əsasında hazırlanmış “Kralın yeni libası” tamaşasının premyerası baş tutub. Qeyd edək ki, tamaşa ilk olaraq Qax və Şəki məktəbliləri üçün göstərilib.

Sentyabrın 21-i Şəki Dövlət Dram Teatrı Zaqatala Mədəniyyət Mərkəzinin səhnəsində J.B.Molyerin “Aldadılmış ər” tamaşasıyla çıxış edib.

Sentyabrın 22-i Şəki Teatr Studiyasının tələbələri Şəki Uşaq evinin uşaqları və Qarışıq Tipli İnternat Məktəbinin şagirdləri üçün Avropa nağıllarının səhnələşdirilmiş oxusunu təşkil ediblər. Həmin günün axşamı “Kralın yeni libası” yenidən oynanılıb. Tamaşaya baxmaq üçün Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, yerli və xarici qonaqlar təşrif buyurublar. Qonaqları Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov salamlayıb. Sonra Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis çıxış edərək ürək sözlərini bölüşüb və Şəki Teatrına ləyihəyə qoşulduğu üçün minnətdarlığını çatdırıb.

Sentyabrın 23-ü Şəki Dram Teatrının aktyorları öz çıxışlarıyla Şəki “Yuxarı Baş” Dövlət-Tarix-Memarlıq Qoruğunda “Avropanı Yaxından Tanıdaq” sərgisinə qatılıblar.

Dörd gün davam edən silsilə tədbirlər sentyabrın 24-ü “Kralın yeni libası” tamaşasının daha iki nümayişiylə başa çatıb.

Tamaşaların hazırlanması və digər tədbirlər Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilib və bu kimi layihələrin gələcəkdə də baş tutması üçün danışıqlar aparılıb.

# 1554 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər