“Jili-bıli” tamaşası Bakıya gəlir

“Jili-bıli” tamaşası Bakıya gəlir
4 aprel 2017
# 10:53

Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası – Alaniya) aprelin 7-dən 9-dək Bakıya qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.

Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə RF-yə səfər edərək adıçəkilən teatrın qonağı olacaq.

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

Qrafikaya romantik ruh bəxş edən rəssam - Cəmil Müfidzadə yaradıcılığının estetikası

15:30 24 fevral 2026
Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

Lənkəran səhnəsində "daxili mən"lə üzləşmə - "Gəlinlik paltarı" tamaşasının premyerasından təəssüratlar

14:30 21 fevral 2026
Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

Amerikada sensasiya yaradan azərbaycanlı - O, KQB-nin təqibindən necə xilas olmuşdu?

12:00 20 fevral 2026
Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

Yalanlar, maskalar və çılpaq həqiqət - "Ruh" tamaşası haqqında

10:00 20 fevral 2026
"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

Öz şah əsərinə nifrət edən dahi - Naşirlər onun hansı kitabını çap etməyə qorxmuşdular?

12:00 19 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər