Ən yaxşı erotika yazan qadın

Ən yaxşı erotika yazan qadın
16 iyul 2015
# 17:30

Tənqidçilər tərəfindən erotik ədəbiyyatın ən yaxşı qadın yazarı adlandırılan Anais Nin 1903-cü ildə Parisdə doğulub. Doğmaları onu nəvazişlə “Alacəhrə” adlandırırdı.

Atası Xoakin Nin Kastelyanos bəstəkar, anası Roza Kulmel müğənni idi. Qardaşı Xoakin Nin-Kulmel da məşhur bəstəkar və pianoçu olub.

Hələ doqquz yaşından Anaisdə məçhurlaşmaq arzusu baş qaldırmışdı.

1914-cü ildə ailəsi ilə birlikdə Amerikaya köçən Anais burda 11 yaşından gündəlik tutmağa başlayır. Ilk qeydləri ailəsini tərk edən atası ilə bağlıdır. Anais gündəliyi ömrünün son illərinə 70 yaşına kimi davam etdirir. Gündəliyin ümumi həcmi 30 min səhifədir.

Anaisin yeniyetməliyi Nyu-Yorkda keçir. O, ilk dəfə qohumu Eduardoya vurulur. Amma o, Anaisə kişilərlə maraqlandığını deyir.

Anaisin növbəti dəfə vuruluduğu adam bank işçisi Hyu Hiller olur. Sonradan Huqo ilə evlənən Anaisin yaradıclığında əri həlledici təsir göstərir. Anaisin gündəliyindən bəzi hissələri oxuyan əri onun yazmaq qabiliyyətini yüksək qiymətləndirir. Üstəlik arvadına onu Parisə aparcağına söz verir.

1923-cü ildə cütlük Fransaya daşınır. Anais burda ərinin maddi imkanları hesabına nəfis, yüksək zövqlü ev tikdirir. Bir neçə il o, ideal həyat yoldaşı və evdar qadın olmağa cəhd göstərir. Əri ona pərəstiş etsə də, Anais özünü xoşbəxt saymırdı. Onun xoşbəxtliyi üçün nəsə çatmırdı. O, gündəliyində yazırdı: “Adi, güdəlik həyat məni maraqlandırmır. Mən onun daha yüksək təzahürlərini, ifadəsini axtarıram. Sübut eləmək istəyirəm ki, düşüncə, fikir sonsuzdur, dünya çoxölçülüdür. Indi mən yaşadığımı hiss eləmirəm”.

Huqo həyatında ilk kişi olsa da o, Anaisin hisslərinə toxuna bilməmişdi. Qadın bunu David Lourensin “Ledi Çatterleyin sevgilisi” romanını oxuyana kimi dərk eləməmişdi. Bu kitabda fiziki sevginin həzzi təsvir edilir. Anais çox oxuduqca özünü bədbəxt hiss edirdi.

Onu “orgiya arzuları” rahat buraxmırdı. Bundan başqa Anais Freydin əsərləri ilə taniş olmuşdu və ona elə gəlirdi ki, psixoanalizə ehtiyacı var. O, həkiminə özünün erotik fantaziyalarını danışır, psixoanalitik isə onu taxta uzandıraraq qamçı ilə döyür və Anaisi inandırmağa çalışırdı ki, onun itaət etməyə ehtiyacı var. Və bundan sonra qadına sahiblənirdi.

Tədrciən Anais öz çevrəsində yerli bohemaya çevrilir. 1931-ci ildə o, amerikalı yazıçı Henri Millerlə tanış olur. Onda Miller hələ özünün məşhur “Tropik xərçəngi” romanını yazmamışdı. Bu görüş Anaisin həyatında çox şeyi dəyişdi:” Onunla yanaşı həyat məsteidicidir”.

Anais bu xarizmatik, dəliqanlı qiymaçıya vurulmuşdu, o isə arvadı Cunu dəlicəsinə sevirdi. Arvadı Cun isə rəssam Cin Kronski ilə eşq macərası yaşayırdı. Hətta onlar bir müddət üçlükdə yaşamışdılar.

Anais Milleri ələ keçirmək üçün arvadı Cunu özünə bənd eləmək istəsə də alınmır.

Hətta Anaslə Millerin yazıçı kimi rəqabət apardığı dövr də olmuşdu. Hər iki yazıçı Cunun daha realist obrazını yaratamaq barədə bəhsə girmişdilər. Onların bu barədə yazışması getdikcə açıq və erotik xarakter alırdı. Bu münasibət onları sevgili olması ilə bitdi. Sonradan isə sevgi dostluğa çevrildi.

Buna kimi isə Anais Milleri himayəyə götürür. Əri isə heç vaxt arvadından xərcləri barədə soruşmurdu. Tezliklə Miller “Xərçəng tropiki” romanını yazır və əsər Anaisin ön sözü ilə çap olunur. Anaisi ilk romanı “İnsest evi”ni isə Şarl Bodlerin əsərləri ilə yanaşı qoyurdular.

Anaisin dövrün nəbzini tutmaq istedadı vardı. O, dəb olan mövzularıdan yazırdı.

Məsələn, psixoanaliz 1930-cu illərdə dəb idi və Anais bu barədə yazırdı.

Həyatdan zövq almağı sevən Anais daha qeyri-adi şeyləri dadmaq istəyirdi. Belə bir zövqü o, teatr nəzəriyyəçisi, şair Antonen Arto ilə kəşf edir.

Ömrünü dəlixanada başa vuran Arto onun kumiri idi. Anais gündəliyində Аrtonun özünün məşhur “Teatr və taun” essesini necə təqdim etdiyini xatırlayır: tamaşa gözlənilməz bitir, o, sifəti tanınmaz halda yıxılır, gözlərini fırladır, əzələlərini gərərək və qorxunc səslər çıxararaq əzabı nümayiş etdirir. Bu çılğınlığın energetikasından təsirlənən Anais ağlını itirir.

Onun çoxlu sevgi macərları olur və bu siyahıda Antuan Sent Ekzüperinin nişanlısının da adı vardı. O, sevgi macərlarını azadlığın ən son həddi sayırdı.

Anaisin şüarı “Fəth eləmək və atmaq” idi.

Arvadının kənar əlaqələrindən xəbər tutan əri onu tərk edir. Bir müddət sonra Anais hamilə olduğunu öyrənir. O, hamiləliyi hesabına əri ilə münasibətləri qaydaya salır. Əri də, anası da bu uşağın doğulmasını çox istəyir. Onun qiymaçı təbiəti isə üsyan edirdi. Anais gündəlyində yazır: “Buna mənim həyatımda yer olmamalıdır”. Nəticədə Anais hamiləliyinin altıncı ayında süni doğuş keçirir. Doğulan körpə qız idi. Bir neçə dəqiqə sonra qız ölür. Anais gündəliyində yazırdı:

“Mən ölü qıza baxanda hiss elədim ki, gətirdiyi əzablara görə ona nifrət edirəm, sonra isə qüssə zamanı gəldi. Mən kişilərin sevgisi üçün yaranmışam, uşaq doğmaq üçün yox”.

O, ərinə uşağı saldığını dedi. Bu yalana inanan Huqo isə ona dəstək olmağa çalışırdı.

Bu müddətdə Anais Fransa və Amerika arasında yaşayırdı. İkinci Dünya Müharibəsi başlayandan sonra o, tamamilə Nyu-Yorka yerləşir, burda özünün yaradıcı ambisyalarını reallaşdırır.

Anais öz dövrünün bütün maraqlı adamalarının diqqətini çəkməyi bacarmışdı. Ehtiyac üzündən bir neçə tanışı ilə birgə erotik hekayələr yazaraq səhifəsini satır: “Hekayələrimin böyük əksəriyyəti acqarına yazılıb. Buna baxmayaraq, aclıq təsəvvürün stimullaşdırılması üçün faydalıdır”.

1940-cı illərdən başlayaraq o, “Daxildəki şəhərlər” seriyasına başlayır. Bu seriyadan olan “Sevgi evindəki casus” əsəri ona uğur gətirir. Anais deyirdi: “Bu, qadının azad olması üçün şəhvəti sevgidən necə ayırması haqda ilk araşdırmadır”.

1955-ci ilə Anais özündən 16 yaş balaca aktyor və tənqidçi Rupert Pola ərə gedir. Huqo ilə nikah pozulmadığı üçün bu evlilik qeyri-qanuni idi. O, eyni zamanda Huqo ilə yenidən barışır və ustaca onların hər birindən bu münasibəti gizləyir. Anaisin ölümündən sonra ikinci əri olduğunu bilən Huqo sarsılır.

1966-cı ildə o, gündəliklərinin ilk hissəsini çapa hazırlayır. Çapına kimi isə onlar artıq əfsanəyə çevrilimişdi. Onun yayımı Anaisin özü üçün də hadisə olur. Çünki gündəlik on illər ərzində yazılmışdı. Onu tanıyanlar deyir ki, realda tanıdıqları Anaislə gündəlik müəllifi tamamilə fərqli qadınlardır.

Gündəliyin birinci hissəsinin çapından sonra Anais məşhurlaşır. Təsadüfi deyil ki, o, ilk hissədə Arto və Millerlə tanışlığı haqda qeydləri çap etdirmişdi. Ekpserimentator Miller və Arto isə kult fiqurlar idi.

Anais hər şeyi sevirdi: moda, narkotik, azad sevgi, musiqi. O, gənc nəslin mənəvi liderinə çevrilir, feminizm, seks, homoseksualizm, narkomaniya haqda mühazirələr oxuyur.

1977-ci ildə o, bestsellər olan “Veneranın deltası” adlı erotik hekayələr toplusunu nəşr etdirir. Elə həmin il şöhrətinin zirvəsində xərçəngdən ölür.

Ölümündən sonra onun gündəliyinin digər hissəsi “İnsest” adı ilə çap olunur. O, gündəliyində atası ilə sevgili oldğunu da yazıb. Gerçəkilk və uydurma onun yaradıcılığında qarışır. Yalan və həqiqət nisbidir. Oskar Uayld yazırdı: “Həyat insanın özü-özü ilə olan başgicəlləndirici romandır”.

Anais də bu fikirdə idi:“Niyə insan özünün özünə daha uzaq və təhlükə ilə dolu səyahəti mövcud olduğu halda Aya uçur”.

# 5359 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #