Qanunumuzdakı namus söhbəti

Qanunumuzdakı namus söhbəti
23 fevral 2015
# 10:12
Mətbuat gündəmini zəbt etmiş ağır kriminal xəbərlərin təəssüf ki, böyük bir qismi qadınlara qarşı zorakılıq hallarından ibarətdir. Zorlama, qətl, məişət zorakılığı… Qadın zorakılığı tərkibli cinayət hallarının artması nədən irəli gəlir?

Hüquq sistemimiz bu mövzuda nə qədər təkmildir? Bu günlərdə yayılan xəbərdəki kimi 81 yaşlı qadını “namus üstə” oldürməyə insanı nə vadar edir? Bu suallara cavab tapmaq üçün vəkil Vamiq Şükürova müraciət etdik. Onun söylədiyinə görə, qadın zorakılığının hüquqi cəhətdən ümumi şəkildə təqib olunur. Yəni:

“Kişi və qadın olmasından asılı olmayaraq həyat, sağlamlıq və cinsi toxunulmazlıq əleyhinə istənilən cinayət törədilərsə, təqsirkar şəxslər cəzalandırılmalıdır. Yəni, cinsə görə deyil, törədilən əməllərə görə şəxslər cəzalandırılır. Məsələn, məişət zorakılığı əleyhinə qanunvericilik. Bu barədə xüsusi qanun qəbul edilib. Məişət çərçisində ərləri, valideynləri və digər ailə üzvləri tərəfindən zorakılığa məruz qalan qadınlar dövlət orqanlarına müraciət edə bilərlər. Dövlət orqanları zorakılıq edən kişilərin evə buraxılmasına müvəqqəti olaraq qadağa qoya bilər. Əgər kişilər bu qadağaya əməl etməzlərsə, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Təəssüf ki, xüsusi olaraq qadın zorakılığına qarşı qanunvericilik və bu barədə xüsusi olaraq qanun qəbul edilməmişdir. Sadəcə olaraq, müəyyən qanunlarda bu barədə bir sıra normalar nəzərdə tutulub. Məsələn, Cinayət Məcəlləsində qadınları evləndirməyə məcbur etmək cinayət sayılır”.

Qaldı ki, mətbuatda, qatillərin, cinayətdə ittiham olunan adamların dilindən “namus cinayəti” ifadəsinin tez-tez işlənməsinə. Namusu qorumaq üçün qisas məqsədilə cinayətin törədilməsi heç bir halda cəzanı yüngülləşdirən hal hesab edilmir.

Hüquq müdafiəçisinin söylədiyinə görə, məhkəmə namusa görə cinayət törədilməsini qanunda göstərilməsə belə yüngülləşdirici hal hesab edə bilməz: “Belə olan halda başqalarının həyatına qarışma və zorakılığa bəraət qazandırmış olar. Tutaq ki, kimsə bacısını "əxlaqsızlıq etməsinə" görə öldürürsə, məhkəmə namus motivini yüngülləşdirici hal saymaqla başqasınının özəl həyatına qarışmağı normal bir hərəkət hesab etmiş olar ki, bu da artıq hüquqa zidd əməldir . Cinayətlərin cəzalandırılması sahəsində hüquq sistemi mentaliteti birbaşa olaraq nəzərə almır. Cinayətlərin tövsif olunması və cəzalandırma prinsipləri əxlaq və mentalitet meyarları nəzərə alınmadan formalaşdırılmışdır. Sadəcə mentalitetlə düzgün qəbul edilmiş əməl cinayət qanunu ilə də düzgün sayıla bilər. Bəzən isə ziddiyyət təşkil edə bilər. Tutaq ki, evlənmək məqsədilə yetkinlik yaşına çatmış qadının öz razılığı ilə qaçırılması cinayət deyil. Bu zaman cinayət qanunu ilə mentalitet üst-üstə düşür. Yəni, hər ikisi bu halı cəzalandırmır. Amma, kimsə bacısını zorlayan bir nəfəri öldürərsə, cinayət qanunu qətl törədən şəxsin cəzalandırılmasını nəzərdə tutur. Baxmayaraq ki, mentalitet bu halı düzgün və zəruri sayır.

Bəzən namus üstündə cinayət törədən şəxslər özlərinə bəraət qazandırırlar. Bu daha çox milli mentalitetimizdən irəli gəlir. Çünki yaşadığı mühit və aldığı tərbiyə belə namus məsələlərində cinayət törətməyi ondan tələb edir. Bu insanların daha çox icma şüuru ilə düşündüyünü göstərir. Fərdlərin fikirləri və hərəkətləri ailələrin, nəsillərin, cəmiyyətin dəyərlərinə görə hesablanmalıdır. Fərd etdiklərinə görə qardaşa, bacıya, anaya, ataya, digər yaxın qohumlara hesabat verməlidir. Buna görə hər bir kəs digər qohumunun və ya yaxınının işinə qarışır və onun işinə qarışmağı da özünə borc bilir. İcmada ciddi hesab olunan səhvlərə, xəyanətlərə və digər qəbahətlərə görə insanların və ailələrin işlərinə çox qarışırlar. Nəticədə əksər halda gərginlik yaranır, xüsusi amansızlıqla cinayətlər törədilir”.

# 1477 dəfə oxunub

Oxşar xəbərlər

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Yazıçının maddi sərbəstliyə ehtiyacı yoxdur... - Uilyam Folkner

Yazıçının maddi sərbəstliyə ehtiyacı yoxdur... - Uilyam Folkner

15:00 22 sentyabr 2024
Uzun, incə bir yolda... - Elnarə Akimova

Uzun, incə bir yolda... - Elnarə Akimova

15:00 19 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
# # #