V hərfindən quşatan düzəltmək istəyirəm - Furqandan minimalist şeirlər

V hərfindən quşatan düzəltmək istəyirəm - Furqandan minimalist şeirlər
12 oktyabr 2023
# 15:10

Kulis.az Furqan Sadıqovun minimalist şeirlərini təqdim edir.

həsrət

dənizi dəlitək sevənlər üçün
gəmidə olmaq da həsrətdi elə...

təcil

bu həyatın mərkəzəqaçma təcilidi bu:
köhnəldikcə qara paltar ağarır,
ağ paltarsa qaralır...

həbs

kimisə krassvord yazan görəndə
dörd divar arasına salınmış hərflərə
yazığı gəlir köhnə məhbusun...

vətənpərvər

cənablar!
nə olar,
VƏTƏN sözünü
bu qədər israf etməyin!
axı mən
V hərflərindən
quşatan düzəltmək istəyirəm...

qayğı

qızılgülləri kəsib
stəkana qoyan qadın
- sağ olsun -
qurumasınlar deyə
su tökməyi də unutmadı...

bəlkə də

bütün kəpənəkləri yığsan
bir adam ömrü etməz,
bütün adamları yığsan
bir kəpənək gözəlliyi...

heyrət

küləyi heyrət bürüyüb:
nə gözəl əsir insanlar?

qurbağalar

akvariumdan xəbərsiz balıqlar,
qəfəsdən xəbərsiz quşlar varsa,
qurbağalar xoşbəxtdi...

istək

çəkilin önümdən!
mən sizdən
qala olmağınızı istəmişdim,
divar yox...

son söz

bu gün bir şeir yazıb,
bir hekayə oxuyub,
bir film izləyib məni...
deyəsən, bitmişəm!

atasını itirən on üç yaşlı uşağın ağlamağı

I

on üç rəqəmli şifrətək
yüklədim son ümidi...
və sonra dalğa itdi!
şəbəkə xaricindəyəm indi...

II

görən niyə söndürürlər
bu işıqlı adamları?
axı işıqlı adamlar
işıqpulu yazmır, dost...

nyuton

alma ağacının altında oturmuşdum,
başıma sarı bir yarpaq düşdü -
payızı kəşf etdim...

# 2418 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
#
#
# # #