Ulucay Akif nəsrimizi modernləşdirdi - Həmid Herisçi

Həmid Herisçi, Ulucay Akif

Həmid Herisçi, Ulucay Akif

14 sentyabr 2023
# 11:14

Kulis.az Həmid Herisçinin Ulucay Akifin “Gözlənilməyən bir qətlin tarixçəsi” hekayəsi haqqında yazısını təqdim edir.

Çox lazımi hekayədir. Hər cəhətdən. Müasirdi ilk növbədə.

İndi gərək belə yazasan. Üslubunuz ləzzət edir.

Mövzudakı düyünlər də yerindədir.

Müasirliyi siz duyubsuz... Başqaları hələ keçmişdədirlər. İndiki müasir mətnlərdə iştirakçıların hamısı əsərin baş qəhrəmanıdır. Tək fərdlər yox. Buna əməl edibsiz.

Yəni əsərdəki bütün şəxslər, həm baş qəhrəmandır, həm də ötəri... Bax buna hələ öyrəncəli deyil bizimkilər. Baş qəhrəman axtarırlar. Halaldı! Yeni nəfəs, yeni cığır...yeni yol...

İndiki ədəbi gənclik, məişət lövhələrinə, dialoqlarına, qəhrəmanlarına çox taxılıb. Adi yaşantını, öz kasıb güzaranını mətnə köçürüb guya ədəbiyyat və əbədiyyat qazanacaq.

Məişət lövhələri, bəli, ədəbiyyat üçün vacibdi. Ancaq həmişə detaldı. Xırdalıqlardı. Naxışlardı ancaq.

Real sirri olmayan ədəbi mətn, ilk növbədə ədəbiyyata çevrilməyəcək. Ötəri bir əsər olacaq, azca tirajlanacaq, vəssalam! Səs-küy də yarada bilər arada.

Canında real, diri sirr, məxfilik yaşadan mətn isə, yox...dəfələrlə diriləcək. Çin səddini, xalqları, ədəbiyyatları aralayan tikanlı məftilləri aşacaq. Bircə həmləsi ilə, vəssalam!

Bu səbəbdən Məlik Məmməd nağılı, yunan əsatirləri ölməzliyə malikdi. Şifrələr, sirlərlə doludurlar axı.

Ədəbi mətn, həm də intertekstuallıq istəyir. Yəni mütləq bir başqa məlum mətnlə daxili gizli dialoqda olmalıdır.

Ulucay Akif tələbimin birinci – ən vacib hisəsini –intertekstuallığı reallığımıza gətirməyi bacardı.

Modernləşdirdi nəsrimizi.

Qalır indi sirri-xuda, sirri-insan aləmi.

Onu da inşallah, reallaşdırarsan.

Çevik, qaçaraq dil, sürət, ani keçidlər, zaman-məkan nisbiliyi, bəli, günün, müasir mətnin tələbidir.

Lüzumsuz iri, tabeli mürəkkəb cümlələr... - poetik nəsri zaman meşədə çoxdan gəmirib.

Kəsilmiş hazır ağacları, indi Ulucay Akif yığır öz mətninə.

Niyə?

Çünki müasir nəsrin reallıqla, real dillə çəpəri çox alçaqdı.

Saniyədə on min metri aşan küləklərə meydan oxumaq…gözəldi!

# 6435 dəfə oxunub

Oxşar xəbərlər

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
"Yenə görüşəcəyik gələn ildə..." - Anar

"Yenə görüşəcəyik gələn ildə..." - Anar

13:10 2 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər