Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi, Habil Əliyev onun vəsiyyətini yerinə yetirmədi - Rübabə Muradova haqqında

Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi, Habil Əliyev onun vəsiyyətini yerinə yetirmədi - Rübabə Muradova haqqında
28 avqust 2023
# 21:00

Bu gün Xalq artisti Rübabə Muradovanın anım günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya - Filarmoniyada işləməyə dəvət edir.
Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.

Gallery

Rübabə Muradovanın on altı yaşı olanda atası həbs olunur. Zindan rəisi Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Zamanla Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.

Gallery

Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxır. Qəzəblənən həyat yoldaşı "Rübabə, bizimki tutmayacaq. Mən müğənni arvad istəmirəm..." - deyir.
Onun ailəsi dağılsa da, heç kimə qulaq asmır, - yenə səhnələrə çıxmağa, oxumağa davam edir.

Gallery

Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq əhvalatı kədərlidir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib, ikinci dəfə onu döyüb. Sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə yaşamağa başlayırlar. Ancaq iş elə gətirir ki, onların evliliyi uzun müddət çəkmir. Çox qısqanc idi, anamın səhnəyə çıxmasını, oxumasını istəmirdi. Nəhayət, anam ondan da ayrılıb və hökumətin ona bağışladığı evə köçüb.”

Gallery

Ərdəbildəki evlərinin həsrətini çəkirmiş, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş.

***

Mehdi Məmmədovun quruluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə, Rübabə o qədər təbii oynayırdı ki, onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...

Gallery

Öz dövrünün qadın xanəndələri onu qısqanır, hətta barəsində rəsmi orqanlara gizlin şikayət edirlərmiş.

Gallery

55 yaşlı Nailə Muradova adlı dilənçi qadın iddia edirdi ki, onun anası Rübabə Muradova, atası Süleyman Rüstəmdir. Lakin Rübabə xanımın ailəsi bu məlumatı təkzib edir.

***

Çox əsəbi qadın olub. Qızı Qəmərin rəqs ansamblına yazıldığını eşidəndə bərk əsəbiləşib, onun başını soyuducuya soxub.

Gallery

Deyilənə görə, spirtli içkilərə meylli olub. Toylara gedəndə termosda spirtli içki aparırmış.

***

Anarın “Qaragilə” əsərindən sonra Rübabə xanım haqqında şayiələr yayılır. Söz-söhbət dolaşır ki, Rübabə xanımın sevgilisinin valideynləri onu müğənni olduğu üçün qəbul etməyib.

Gallery

Rübabə Muradova 1983-cü il avqustun 28-də, 50 yaşında sirrozdan dünyasını dəyişir.

Gallery

Ölüm ayağında vəsiyyət edir ki, Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn vaxtı Habil Əliyev onun məzarı üstündə ifa etsin.
Habil Əliyev onun vəsiyyətini yerinə yetirmir: "Ürəyim gəlmədi, çala bilmədim..."

# 6238 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər