"Nizami Cəfərov üçün ən yaxşı şair ölü şairdi" - Şairlər etiraz etdilər

"Nizami Cəfərov üçün ən yaxşı şair ölü şairdi" - Şairlər etiraz etdilər
6 sentyabr 2023
# 17:00

"Gərək şairləri foruma buraxmasınlar. Onlar dil haqqında danışa bilməzlər..."

Bu sözləri Şamaxıda keçirilən "Azərbaycan dili və Ədəbiyyatı" Forumunda akademik Nizami Cəfərov deyib.

Kulis.az bu barədə şairlərin fikrini öyrənib.

Salam Sarvan məşhur meyxanaçı ilə görüşəcək

Salam Sarvan:

"Düzü, mən həmin forumda iştirak eləməmişəm: nə Şamaxıdakı tədbirlərində oldum, nə də Bakıdakı. Üstünüzə sağlıq, neçə illərdi böyrəyimdə duzlaşma var, mütəmadi kəskin ağrıları olur. Tərslikdən, rusların “pristup” dediyi bu tutmalar ədəbiyyatla bağlı kütləvi tədbirlərə dəvət olunduğum ərəfələrdə baş qaldırır. Neçə illərdi bu çıqqılı-çıqqılı böyrək daşları imkan vermirlər ki, kütləvi ədəbiyyat tədbirlərinə qatılaraq sanballı ədibə çevrilim.
Nizami müəllim məhz belə deyib? Deyib, dil şairlərin sahəsi deyil? Nə deyim?! Bir tərəfdən fəlakətdi, bir tərəfdən də taleyin üzü çox sərtdi: çıxıb getməyə bəxtəbəxt bir ölkə seçmək üçün qlobusu qabağına qoyub loto qurğusu kimi fırladırsan, tərslikdən, həmişə gəlib bir okean dayanır adamın burnunun ucunda".

Dəli əlində qalmışıq - Aqşin Yenisey yazır...

Aqşin Yenisey:

"Alternativ fikir eşitmək istəmirlər və bunu açıq bəyan edirlər. Nizami Cəfərov üçün ən yaxşı şair ölü şairdi. Bu forumla bağlı məsələ deyil, düşüncə ilə bağlı məsələdir. Anar da hər dəfə deyir ki, ölkədə ədəbi hadisə baş vermir. Bununla həm xalqa, həm hökumətə eşitdirir ki, bizdən bərk yapışın. Soğan da olsaq, nağdıq. Acı nəticələri olacaq bu qocafəndiliyin".

Bizə alkaş, səy, dəli, ailəsiz deyirlər

Qəşəm Nəcəfzadə:

"Gərək filoloq, akademik bu sözü deməyəydi. dili yaradan və inkişaf etdirən şair və yazıçılardır. Alimlər isə onun sintaksisini, morfologiyasını, üslubunu tərtib və tədqiq edənlərdir. Onlar yazıçıdan sonra gəlir".

Xəyal Rza:

"Görünür, hörmətli akademik dillə bağlı müzakirələri nəzərdə tutub. Əlbəttə, təkcə dil yox, istənilən ciddi məsələlərin müzakirəsinə işi bilən mütəxəssislər cəlb olunmalıdır. Amma dil təkcə dilçilərin işi deyil. Belə olsaydı, dilimiz bu günə düşməzdi. Azərbaycan ziyalısı, ədəbiyyatçısı dillə bağlı həyəcan təbili çalırsa, dil mütəxəssisləri problemlərin aradan qaldırılması üçün çıxış yolu tapmalıdır. Hamımızın dərdimiz dildir."

Aqşin Evrən: “Onlar peyğəmbərə vəkillik eləyirlər” – Müsahibə

Aqşin Evrən:

"Aşağıdakı cümlə hörmətli Nizami Cəfərovun “Azərbaycançılıq ideologiyası… və Səməd Vurğunun azərbaycançılıq idealları” adlı məqaləsindəndir:

“Vaqifin (və Səməd Vurğunun!) “şirin dili” bütün maneələrə rəğmən, müasir Azərbaycan ədəbi dilini formalaşdırdı, müasir ədəbiyyatın, elmin, publisistikanın ifadə-ünsiyyət vasitəsinə çevrildi, tarixin qırılmağa hesablanmış bağları (xronologiyası) bərpa edildi”.

Göründüyü kimi, vaxtında şairlər dil təəssübkeşi olmasaydılar, bu gün Nizami müəllim forumda işlətdiyi cümləni, Allah bilir, hansı dildə quracaqdı və ya heç o forum keçirilməyəcəkdi.

Tarix boyu coğrafiyamızda şeir hətta müqəddəs mətnlərdən də çox oxunub. Bu gün də şeirlərin, onlara yazılmış mahnıların oxunma-dinlənmə sayı yüzminlərə, milyonlara çatır.

Dolayısı ilə cəmiyyət hələ də dili şeirin vasitəsilə mənimsəyir, qavrayır. Belə bir məqamda “dil və ədəbiyyat forumuna şairləri çağırmayın” demək mahiyyətcə “futbol matçında meydana azyaşlı şahmatçıları buraxaq, əllərində fiqurlar, qaçsınlar ora-bura” deməkdir".

# 6518 dəfə oxunub

Oxşar xəbərlər

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..."  - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

"Ağıllı adam odur ki, bu beş günü məhəbbət ilə yola sala..." - Lev Tolstoy Mirzə Cəlilin tərcüməsində

15:00 4 yanvar 2026
"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

"Dava-dava" oyunu - Nodar Macaraşvilinin hekayəsi

12:00 4 yanvar 2026
Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

Könül atəşlidir, söndürmək gərək... - Əlişir Nəvainin "Fərhad və Şirin"indən bir hissə

15:00 3 yanvar 2026
Qatilin kimliyi bilinmədi, müəllif  əlyazmanı yandırdı...  - Yarımçıq qalmış  ən maraqlı əsərlər

Qatilin kimliyi bilinmədi, müəllif əlyazmanı yandırdı... - Yarımçıq qalmış ən maraqlı əsərlər

12:00 3 yanvar 2026
Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

Ən yaxşı 10 Yeni il kitabı - Siyahı

15:00 2 yanvar 2026
Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

Gəl, bir də bataq günaha, sonra tövbə edərik... - Cəlil Cavanşirin şeirləri

12:00 2 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər