Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub
9 noyabr 2024
# 14:01

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Zəfər Gününə həsr edilmiş konsert olub.

Kulis.az xəbər verir ki, proqramda F.Əmirovun “Azərbaycan kapriççiosu”, F.Sücəddinovun “Qarabağnamə” simfonik balladası (librettosu akademik R.Hüseynovun), O.Zülfüqarovun “Şənlən, mənim, xalqım”, Y.Şəfəqin “Qələbə valsı”, S.Rəhimovanın “Qələbə fəryadı!” simfonik poeması, Niyazinin “Türk marşı”, C.Quliyevin “Əsgər marşı” səsləndirlib.

Konsert Vətənin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Professor, akademik Rafael Hüseynov çıxış edərək Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu əlamətdar bayram təkcə Qarabağ müharibəsində Zəfərin rəmzi deyil, həm də Azərbaycan xalqının birliyini və qətiyyətini təcəssüm etdirir.

Akademik çıxışında onu da vurğulayıb ki, Azərbaycan xalqı uzun illər təkcə fiziki düşmənlə deyil, həm də ideoloji mübarizə ilə üzləşib, təkcə Ermənistana deyil, həm də qondarma “ermənilərə” qarşı çıxıb. “Biz təkcə hərbi münaqişədə deyil, millətin ləyaqəti və bütövlüyü uğrunda döyüşdə qalib gəldik”, -deyə o qeyd edib.

Sonra bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və solist - Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov tamaşaçılar qarşısında çıxış ediblər.

Konsert başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri ilə söhbət edən Fuad İbrahimov Zəfər Gününün əhəmiyyəti barədə fikirlərini bölüşüb. “Təxminən 30 il bu şəhərin həsrətini yaşamış bir şuşalı kimi, mən xüsusi qürur və inanılmaz hisslər keçirirəm. O günü və Prezidentin “Şuşa, sən azadsan” sözlərini heç vaxt unutmayacağam. Doqquz yaşında qaçqın olub yenidən ora qayıdan uşaq kimi bu hissləri yenidən yaşayıram. Mənim üçün hər il olduğu kimi, bu gün də çox önəmlidir, çünki biz şəhidlərimizə borcluyuq. Yaşadığımız və yaratdığımız hər şeyi Prezidentə və şəhidlərimizə hörmətlə edirik, çünki bu, bir millət və xalq olaraq bizim borcumuzdur”, - deyə musiqiçi bildirib.

Təqdim olunan konsert proqramı haqqında danışan dirijor qeyd edib ki, onun üçün bu əsərləri təqdim etmək şərəf məsələsi idi, çünki onlar məhz bu əlamətdar günə həsr olunub.

F.İbrahimov konsertə hazırlıq prosesindən də danışıb: “Çox qısa müddətdə hazırlaşmağı bacardıq. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin iş qrafiki həmişə sıx olur, bəzən konsertə hazırlığa iki-üç gün qalır. Orkestrin peşəkarlığı bu gün göz qabağında idi. Bu qədər qısa müddətdə proqram hazırlayıb ən yüksək səviyyədə ifa etmək mənim üçün bədii rəhbər kimi qürur, sevinc və şərəfdir”.

# 2425 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər