Dediyin qızın sən axır nəyi oldun, heç bilirsən?! - Mir Kamilin şeirləri

Dediyin qızın sən axır nəyi oldun, heç bilirsən?! - Mir Kamilin şeirləri
6 avqust 2024
# 17:00

Kulis.az gənc şair Mir Kamilin şeirlərini təqdim edir.

Getdim neçə yol eşq yolun qanlı dizimlə,
Bu vadidə getmək diləyən gəlsin izimlə.

Bir kimsəyə qeyzim, qəzəbim olmayıb əsla,
Vallahi mənim davam olub ancaq özümlə.

Öz eybimə göz yummamışam mən göz açandan,
Örtülməz həqiqətləri gördükcə gözümlə.

Ey Rəbbim, üzüm qarə, günahım çox, əlim boş,
Neylim, səninəm mən yenə səhvimlə, düzümlə.

Baş açmadım əvvəl dolaşıq badirələrdən,
Dərk eylədim axır səbəbin dərdə dözümlə.

Hər hadisə bir fəsl imiş ömrüm kitabında,
Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

Biz dərdi alıb zövq verən şerə çevirdik,
Dərdin, deyirəm, bəlkə budur dərdi bizimlə?

Arzum bu yaşımdan budu, bir isti ocaqda
Bir ömrü bərabər bölüşüm ruh əkizimlə.

Xoşbəxt olaram hər iki aləmdə, Siraci,
Bir qəlbə işıq bəxş eləsəm bircə sözümlə.

02.08.2024

Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm.
Özüm də bilmirəm fəqət bu qəm, nə qəmdi, birdənəm?!

Gözüm səbəbsiz anidən dolur, dilim kilidlənir.
Bu nə fərəh kimi fərəhdi, nə ələmdi, birdənəm.

Məəttələm, mənəmmi şövq ilə yanan bu eşqə, ya
Bu özgə bir bədəndə can tapan Kərəmdi, birdənəm?!

Yadındamı bizim vida, nə cür demişdin əlvida?!
Dilin deyirdi, qalma, get! Gözünsə nəmdi birdənəm...

Mənə könül verəndəmi, gözün düşüb həyatıma?!
Ürək müqabilində bir ömür sələmdi birdənəm.

Ömür qəfil keçibsə də, səsin unutmuşamsa da
Siraci, mən həmin mənəm, o birdənəmdi, birdənəm.

12.04.2024

Baxıb aynada hər axşam özünə pıçıldayırsan:
"Sən onun xəyallarında necə qaldın, heç bilirsən?!"

"O, daha ölüb mənimçün" - dediyin kəsi sən hər gün
Elə bu düşüncə ilə yada saldın, heç bilirsən?!

Adı keçdi, sən duruxdun, ürəyin darıxdı dinməz
Eşidib adın buludtək niyə doldun, heç bilirsən?!

Qoxusun duyub baxanda dəlitək o yan-bu yanə
Onu tapmayıb xəyalə niyə daldın, heç bilirsən?!

Mənim ən ağır günahım, mənim ən xəfif savabım,
Dediyin qızın sən axır nəyi oldun, heç bilirsən?!

22.04.2023

Gəlmirik biz, ey günüzlüm, gör nə vaxtdır üz-üzə
Yoxdu tale'dən mədəd, gəl ağlayaq gün biz bizə

Güc bəla ilə xitabın çevrilib sizdən sənə
Dönsə bir də dözmərəm, ey afətim, səndən sizə

Ay qəmərüz, çöhrəni bölmüş saçın tən yarıdan
Söyləyər kafər də görsə: Allah-Allah, möcüzə!

Bilmirəm ki, kimdi bais bir yerə biz gəlməmiş
Gəlmişik, məncə, əzizim, hansısa bir kəm gözə

Ey nigaranım, mənə bir namə yaz, bir yaz günü
Gül üzün, sünbül telin əhvalını sal ön sözə.

Çox dedim insafın olsun, ölməmiş bir gün görək.
Bundan ağır söz, ölümdən yaxşı varmı moizə?

Yolların odlu-alovlu sən də hicran yorğunu
Ey ayaqyalın Siraci, döz ki məhrəmsən közə.

# 2415 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər